2018-də Azərbaycan 2 milyard dollar kreditin cəlb olunması məqsədilə sazişlər imzalayıb
Azərbaycan hökuməti 2018-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 mlrd. 2,34 mln. dollar məbləğində kreditin əldə olunmasını nəzərdə tutan 6 kredit sazişi imzalayıb. Bu barədə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan 3 mlrd. 420,98 mln. dollar ümumi məbləğdə 8 kredit sazişi imzalayıb.
“2018-ci 7 layihənin maliyyələşdirilməsi məqsədilə 2 mlrd. 2,34 mln.dollar məbləğində 6 saziş imzalanıb”, - hökumətdən bildiriblər.
Xüsusilə, ötən il Azərbaycan hökuməti AYİB ilə 450 mln. dollar, AİB ilə 400 mln. dollar məbləğində 2 saziş imzalayıb.
Bundan əlavə, sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair (750 mln.dollar), "Credit Suisse AG" bankı ilə (134 mln. İsveçrə frankı), "Qazprombank" ilə (260 mln. dollar) məbləğində saziş imzalanıb.
Kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi, dəmir yollarının inkişafı, Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması, kimya sənayesinin modernləşdirilməsi, dəmir yolları parkının yenilənməsi məqsədilə cəlb olunub.
Ümumilikdə, 1994-2018-ci illər ərzində Azərbaycan hökuməti dövlət zəmanəti ilə 14 mlrd. 169 mln. dollar məbləğində kredtlərə dair sazişlər imzalayıb. Bu vəsaitin 12 mlrd. 393,9 mln.dolları sərf olunub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb























