Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Amazon ilk dəfə Walmart-ı geridə qoyaraq ən böyük illik gəlir götürən şirkət olub. Walmart cümə günü ən son maliyyə ili üçün 713,2 milyard dollar illik gəlir açıqlayıb ki, bu da Amazon-un 716,9 milyard dollarlıq gəlirindən azdır.Elektron ticarət və texnologiya nəhəngi Amazon, 2025-ci ildə əldə etdiyi 717 milyard dollarlıq satış gəliri ilə pərakəndə satış şəbəkəsi Walmart-ı geridə qoyaraq illik olaraq dünyanın ən çox gəlir əldə edən şirkəti adını ələ keçirib. E-ticarətdəki artım ilə bərabər, Amazon Web Services (AWS - bulud hesablama xidmətləri) və süni intellekt investisiyaları bu tarixi uğurda mühüm rol oynayıb.
717 milyard dollarlıq rekord
Marja xəbər verir ki, Walmart cümə günü son maliyyə ili üçün 713,2 milyard dollar illik gəlir açıqlayıb. Bu rəqəm, Amazon-un 716,9 milyard dollarlıq gəlirindən 3,5 milyard dollar və ya 0,5% aşağıdır.
Amazon-un yüksəlişi, e-ticarət platformasının hüdudlarını aşan diversifikasiya edilmiş iş modelindən qaynaqlanır. Pərakəndə satış hələ də əsas gəlir mənbəyi olsa da, şirkətin böyüməsi böyük ölçüdə bulud hesablama, reklam və satıcı xidmətləri bölmələrindən dəstəklənir.
Amazon-un ən son illik hesabatına görə, 2025-ci ildə üçüncü tərəf satıcı xidmətləri ümumi satışların təxminən 24%-ni təşkil edib, Amazon Web Services isə təxminən 18% töhfə veririb.
Walmart son 20 ildə gəlirini 2 dəfədən çox artırıb
Walmart ən çox gəlir əldə edən şirkət adını itirsə də, hər zamankından daha güclü vəziyyətdədir. Şirkət son iyirmi ildə gəlirini iki dəfədən çox artırıb.
İki nəhəngin pərakəndə rəqabəti
Amazon-un bu uğuru, böyük ölçüdə simvolik olsa da, iki nəhəng arasındakı davam edən pərakəndə rəqabəti vurğulayır. Hər iki şirkət dəyişən istehlakçı seçimlərinə uyğunlaşır və xüsusilə süni intellekti istifadə edərək əməliyyatlarını və gəlir mənbələrini yenidən formalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















