Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir

Azərbaycanın "CMT Group" şirkətinin "KNARR" boyaları gəmiqayırma sənayesində, yerli və xarici ölkələrin tərsanələrində ən tanınan məhsullardan biridir. Bu boyalar Rusiya, Özbəkistan, Türkiyə və sair ölkələrə ixrac edilir. Belə ki, bir qədər əvvəl əldə edilmiş ən razılaşmaya görə, Türaiyənin bəzi gəmi şirkətləri öz gəmilərinin təmirində "KNARR" boyalarından istifadəyə başlayıblar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son illər Azərbaycanda aparılan islahatlar yerli sənayenin inkişafına, yüksək keyfiyyətə malik yerli məhsul və brendlərin yaranmasına imkan verib.

Bəzi yerli məhsulları isə yüksək keyfiyyəti sayəsində xaricə ixrac olunmağa, dünya markaları ilə rəqabət aparmağa başlayıb.

Belə azsaylı brendlərdən biri Azərbaycanın "CMT Group" MMC şirkəti tərəfindən istehsal olunan "KNARR" dəniz və sənaye boyalarıdır.

Qeyd edək ki, Azərbaycanda 20 ildən artıq müddətdə fəaliyyət göstərən "CMT Group" MMC şirkəti dünyada mövcüd olan ən qabaqcıl texnologiyalar və xarici lisenziyalar əsasında gəmi sənaye boyalarının istehsalı ilə məşğuldur. Şirkətin məhsulları "KNARR" dəniz və sənaye boyaları və "Penguin" brendləri ilə istehsal və ixrac edilir.

Gəmi və sənaye boyaları - boya sektorunun ən çətin sahələrindən biridir. Bu sahədə yüksək keyfiyyətli məhsul buraxmaq üçün ciddi yatırım etmək kifayət deyil, texnoloji prosesləri bacarıqla idarə edən mühəndis–texnoloq qrupu və böyük təcrübə də tələb olunur.

Bu imkanlara malik olan "CMT Group" MMC şirkətinin ixracının təqribən 80%-i xüsusi təyinatlı məhsullar - sənaye, gəmi və avtomobil boyalarıdır.

Xüsusilə "KNARR" boyaları gəmiqayırma sənayesində, yerli və xarici ölkələrin tərsanələrində ən tanınan məhsullardan biridir. Bu boyalar Rusiya, Özbəkistan, Türkiyə və sair ölkələrə ixrac edilir. Belə ki, bir qədər əvvəl əldə edilmiş ən razılaşmaya görə, Türaiyənin bəzi gəmi şirkətləri öz gəmilərinin təmirində "KNARR" boyalarından istifadəyə başlayıblar.

Qeyd edək ki, "CMT Group" MMC-un istehsal olan "KNARR" və "Penguin" boyaları Niderlandın “Transocean” şirkəti tərəfindən 2019-cu ildən alınmış lisenziya əsasında tam beynəlxalq standartlar əsasında istehsal olunur.

Tanınmış dünya markası olan "Transocean" şirkətinin tərəfdaşı olmaq, onun lisenziyası ilə məhsul istehsal etmək olduqca çətin və məsuliyyətli prosesdir. Təsadüfi deyil ki, "CMT Group" şirkəti dünyada bu şirkətin istehsal lisenziyasını almış 22 şirkətdən biri, MDB məkanında isə belə lisenziyaya malik olan yeganə şirkətdir.

Boyalarıa nəzarət və keyfiyətin yüksək səviyyədə tutulması məqsədilə boya istehsalında istifadə olunan xammal da yalnız şirkətin nəzarəti ilə əldə edilir.

Qeyd edək ki, gəmi boyaları boya sənayesinin ən çətin sahəsi sayılır. Davamlı olaraq korroziya mühitində – okean və dənizlərin duzlu sularında hərəkət edən gəmilərin gövdəsi duzlu su, suyuq və isti hava, nəmişlik, daima maye ilə kontaktdan ciddi şəkildə qorunmalıdır. Belə vəziyyətdə gəminin korpusunu yalnız yüksək keyfiyyətli, lazımi texniki göstəricilərə malik olan və belə mühitə uyğunlaşdırılmış gəmi boyaları qoruya bilər.

"CMT Group" şirkətinin digər tərəfdaşı Böyük Britaniyanın dünyada tanınmış "Lloyd's Register EMEA" şirkətidir. 

Belə ki, "CMT Group" şirkətinin gəmi boyalarının bir hissəsi – gəmi gövdələrində çirklənməyə qarşı boya, "Lloyd's Register EMEA"nın IMO AFS Konvensiyasına Uyğun olan sertifikatı əsasında istehsal olunur. Məlumat üçün bildirək ki, "Lloyd's Register EMEA"nın sertifikatı ilə buraxılan bu boyalar gəmilərin gövdəsinə müxtəlif canlıların, o cümlədən yosunların yapışmasına mane olaraq gəminin korpusunu qoruyur və hərəkətini sürətləndirir. "CMT Group" bütün MDB məkanında belə sertifikata malik olan yeganə şirkətdir.

Məhz bu tələblər və yüksək texnoloji imkanlar sayəsində "KNARR" dəniz və sənaye boyaları təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də keyfiyyəti ilə seçilir. Bu boyalar ölkə sərhədlərini aşaraq xarici bazarlara çıxıb və ən çətin sahə sayılan gəmi və sənaye boyaları sahəsində ciddi mövqe tutub. Hazırda "KNARR" dəniz və sənaye boyaları xaricdə strateji və hərbi gəmilərin istehalında və təmirində də geniş istifadə olunur.

Keyfiyyətinə görə, Rusiya, Türkiyə və ətraf ölkələrdə bu boyalara rəqib yoxdur. Hazırda «CMT Group»un istehsal etdiyi «KNARR» dəniz və sənaye boyaları dünyada tanınmış brendlərlə - "Jotun" (Norveç), "Hempel" (Danimarka), "International" və "Sherwin Williams" (Böyük Britaniya), "Carboline" və "Ppg" (ABŞ) boyaları ilə rəqabət aparır və keyfiyyətcə onlardan qətiyyən geri qalmır.

Xüsusilə gəmiçilik sənayesi inkişaf etmiş və bu sahədə böyük ənənələrə malik olan Rusiyada "GMT Group"un boyaları öz yüksək keyfiyyəti ilə Rusiya və Avropa boyalarını üstələyərək gəmi və tenker təmirində və istahasalında istifadə olunan əsas boyaya çevrilib.

Xüsusilə Rusiya bazarında artan tələbatı qarşılamaq üçün «CMT Group» şirkətinin Rusiyanın Həştərxan şəhərində də filialı fəaliyyət göstərir və bu ölkədən olan sifarişlər həmin filial tərəfindən təmin edilir.

Eyni zamanda "GMT Group"un məhsulları NATO üçün nəzərdə tutulan bəzi texnikaların  istehsalında da istifadə edilib.

Xarici və yerli bazarlarda tələbatın böyük olması səbəbindən hazırda şirkətin istehsal etdiyi bütün məhsulların böyük hissəsi xaricə ixrac edilir.

Ümumilikdə «GMT Group»un istehsal etdiyi məhsulların yarıdan çoxu xaricə ixrac edilir. Şirkət gəmi sənayesində istifadə olunan bütün boyaları istehal edir.  Gəmilərdən başqa «CMT Group»un boyaları metal konstruksiyaların hazırlanmasında, zavodların tikintisində, o cümlədən dənizdəki estakadalarda istifadə olunur.

Təsadüfi deyil ki, hazırda Azərbaycanın bu sahədə fəaliyyət göstərən əsas qurumları – Dövlət Neft Şirkəti (SOCAR), Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və «Bakı Gəmiqayırma Zavodu» tərəfindən gəmilərin istehsalı və təmiri prosesində, ən məsuliyyətli və dövlət üçün strateji layihələrdə  mütəmadi olaraq “CMT Group” şirkətinin dəniz və sənaye boyalarından istifadə edilir.

Bir qədər əvvəl isə “CMT Group” şirkəti ilk dəfə olaraq dünyanın ən böyük energetika şirkətlərindən olan "bp"nin tərəfdaş (vendor) siyahısına daxil edilib.

Xatırladaq ki, “CMT Group” MMC şirkəti Azərbaycanda dünya səviyyəli texnoloji məhsul istehsalını həyata keçirən və xaricə sənaye məhsulu ixrac edən azsaylı texnoloji müəssisələrdən biridir. Şirkət hazırda Azərbaycanda yüksək keyfiyyətli KNARR markası altında dəniz və sənaye boyaları, “Penguin” markası altında inşaat və dekorativ boyaları, eləcə də “Epo” markası altında kimyəvi və beton qatqılarının istehsalını həyata keçirir.

Qeyd edək ki, “CMT Group” şirkətinin boya zavodunun fəaliyyəti müəssisənin yerləşdiyi Abşeron rayonunun Aşağı Güzdək kəndi və Müşfiqabad qəsəbələrində sosial-iqtisadi vəziyyətə də töhfə verir. Hazırda müəssisədə 150 işçi çalışır ki, onların da əksəriyyəti yerli kənd və qəsəbənin sakinləridir.

CMT Group MMC KNARR Penguin Transocean Lloyd's Register EMEA bp gəmi və sənaye boyaları dəniz boyaları sənaye boyaları xarici bazarlarda Azərbaycan məhsulu boya istehsalı gəmiqayırma sənayesi texnologiya və lisenziyalaşdırılmış istehsal beynəlxalq standartlara uyğun boya korroziyaya davamlı boya IMO AFS Konvensiyasına uyğun sertifikat strateji və hərbi gəmilər üçün boya Rusiya Türkiyə və digər ölkələrdə ixrac NATO texnikası üçün istifadə metal konstruksiyalar üçün boya zavod tikintisi və estakadalar SOCAR və ASCO ilə tərəfdaşlıq Bakı Gəmiqayırma Zavodu yüksək keyfiyyətli Azərbaycan brendi dünya markaları ilə rəqabət gəmi gövdələrinin qorunması yosun və biofouling əleyhinə boya
20.02.2026 12:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18