Çində iqtisadi aktivlik yavaşlayır
COVID-19 epidemiyasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər Çinin sənaye istehsalında artımın daha da yavaşlamasına və may ayından bəri pərakəndə satışların ən böyük azalmasına səbəb olub.
Marja xəbər verir ki, Milli Statistika Bürosunun məlumatlarına görə, sənaye istehsalı noyabr ayında ötən ilin eyni ayına nisbətən cəmi 2,2 faiz artıb. İqtisadçılar istehsalın 3,6 faiz artacağını gözləyirdilər. Oktyabr ayında istehsal 5,0 faiz artmışdı.
Pərakəndə satışlar isə noyabr ayında ötən ilin eyni dövrünə nisbətən 5,9% azalıb. Satışlar oktyabr ayı ilə müqayisədə 0,15% azalıb. Analitiklər pərakəndə satışların illik müqayisədə 3,7 faiz, oktyabr ayı ilə müqayisədə isə 0,5 faiz azalacağını gözləyirdilər.
Çində yanvar-noyabr dövründə daşınmaz əmlak investisiyaları əvvəlki ilin eyni dövrünə nisbətən 9,8% azalıb. 10 ayda investisiyalar 8,8 faiz azalmışdı.
Əsas kapitala investisiyalar isə yanvar-noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artıb. Proqnoz 5,6% artım idi. Yanvar-oktyabr dövründə artım 5,8% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 43 d. əvvəl
-
52 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
55 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















