970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Moldovanın aşağı büdcəli aviaşirkəti olan "FLYONE Asia" Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bildirilib ki, yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək.

Qeyd edilib ki, "FLYONE Asia"nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır: "Yeni aviaşirkətin fəaliyyətə başlaması sərnişinlər üçün əlavə seçim imkanları yaradacaq, regionlararası əlaqələrin inkişafına və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək".

Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu üçün "FLYONE Asia"nın fəaliyyətə başlaması beynəlxalq tərəfdaşlıq şəbəkəsinin daha da genişlənməsinin və ölkənin əsas hava nəqliyyatı qovşağı kimi mövqeyinin möhkəmlənməsinin növbəti göstəricisidir: "Gəncə Beynəlxalq Hava Limanı üçün isə yeni əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. "FLYONE Asia"nın uçuşları ilə Gəncə ilk dəfə olaraq Daşkənd istiqaməti üzrə birbaşa hava əlaqəsi əldə edir. Bu marşrut regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq, turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq, eyni zamanda Gəncənin beynəlxalq marşrut şəbəkəsinin genişlənməsinə töhfə verəcək".

Bildirilib ki, Daşkənd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində mühüm strateji əhəmiyyətə malik şəhərlərdən biridir: "Yeni reyslər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin daha da inkişafına, eləcə də regionlar arasında mobilliyin artırılmasına xidmət edəcək. Uçuş cədvəli və biletlərlə bağlı ətraflı məlumat "FLYONE Asia" aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər".

FLYONE Asia FLYONE Asia Azərbaycan FLYONE Asia Bakı reysi FLYONE Asia Gəncə reysi Daşkənd Bakı reysi Daşkənd Gəncə reysi Daşkənd Bakı Daşkənd uçuşları Daşkənd Gəncə Daşkənd uçuşları Bakı Daşkənd aviareysi Gəncə Daşkənd aviareysi Özbəkistan Azərbaycan uçuşları Azərbaycan Özbəkistan hava əlaqəsi Daşkənddən Bakıya uçuş Daşkənddən Gəncəyə uçuş Bakıdan Daşkəndə bilet Gəncədən Daşkəndə bilet Heydər Əliyev Beynəlxalq Aeroportu Gəncə Beynəlxalq Hava Limanı Moldovanın aviaşirkəti aşağı büdcəli aviaşirkət müntəzəm aviareyslər birbaşa Daşkənd Gəncə reysi Bakı Daşkənd uçuş cədvəli Gəncə Daşkənd uçuş cədvəli FLYONE Asia biletləri Azərbaycan aviasiya sektoru beynəlxalq hava əlaqələri Mərkəzi Asiya uçuşları Azərbaycan Mərkəzi Asiya əlaqələri turizm və biznes əlaqələri regionlararası hava nəqliyyatı Gəncənin beynəlxalq marşrutları
01.06.2026 10:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19