Novak: Hazırda dünya neft bazarı iki ay əvvəlkindən daha yaxşı vəziyyətdədir
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hazırda qlobal neft bazarı iki ay əvvəlkindən daha yaxşı vəziyyətdədir, lakin hələ də Çindəki koronavirusla bağlı çoxlu qeyri-müəyyənlik var.
Marja.az xəbər verir ki, Novak bunu “ Rossiya-24 ” telekanalına müsahibəsində deyib.
"Biz bu gün (dünən - red) bazarın iki ay əvvələ nisbətən daha yaxşı vəziyyətdə olduğunu vurğuladıq, baxmayaraq ki, bir çox qeyri-müəyyənliklər var. Qeyri-müəyyənliklər - bir çox ölkələrdə yüksək inflyasiya, yüksək dövlət borcları, bir çox ölkələrin pul siyasətinin sərtləşdirilməsini əhatə edir. Vacib məqam, təbii ki, enerji resurslarının ən böyük alıcısı olan Çin Xalq Respublikasında vaxtaşırı təkrarlanan koronavirus epidemiyalarıdır”, - o, bildirib .
Novak vurğulayıb ki, OPEC+ (OPEC Plus) iclasında hasilatın noyabr ayından gündəlik 2 milyon barel azaldılması barədə qərar yenidən təsdiqlənib, belə bir qərar düzgün qəbul edilib və bazarın sabitləşməsinə yönəlib.
“Ən əsası, iki ay əvvəl, oktyabrın əvvəlində verdiyimiz qərar - bu ilin noyabrından hasilatı gündəlik 2 milyon barel azaltmaq barədə qərarımız təsdiqləndi, bu azalma 2022-ci ilin sonuna qədər və 2023-cü il ərzində tətbiq ediləcəkdir. Belə bir qabaqlayıcı qərar tamamilə düzgündür, ilk növbədə bazarı sabitləşdirməyə yönəldilib”, - deyə o bildirib.
Xəbər verdiyimiz kimi, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin (birlikdə OPEC+)onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın (hasilatın gündəlik 2 milyon barel azaldılması) qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib. Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır.
“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb. Lakin lazım gələrsə, alyans bazardakı vəziyyəti düzəltmək üçün növbədənkənar iclas keçirə bilər.
OPEC+un Monitorinq Komitəsinin iclası isə fevralın 1-də keçiriləcək. Monitorinq komitəsinə OPEC+ sazişində iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
21 d. əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 30 d. əvvəl
- 34 d. əvvəl
-
57 d. əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BLUE CITY Uşaqların qayğısında!
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Rəsmi məzənnələr açıqlandı























