Unibankın biznes krediti portfelində rekord
“Unibank” KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Unibank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 30 iyun tarixinə 267 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 milyon manat, yəni 20% artım deməkdir.
2022-ci ilin ilk yarısında Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Biznes sektoruna ayrılan kreditlərin həcmi ilk yarımildə 58% artaraq, 148 milyon manat təşkil edib ki, bu da bank tarixində biznesə ayrılan kredit həcminin rekord göstəricisidir. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56 % artaraq 6 milyon manat olub.
Bankın əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 iyun 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 8.2 milyon manat təşkil edib. Birinci yarım il ərzində qazanılmış faiz gəlirləri 75.5 milyon manat, qeyri-faiz gəlirləri isə 24.3 milyon manat olub. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 33%, faiz gəlirləri isə 38% artıb. Bank birinci yarımili mənfəətlə başa vurub. 30 iyun 2022-ci il tarixinə Bankın əldə etdiyi mənfəət 790 min manat olub.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ikinci rübün yekununda “Unibank”ın aktivlərinın həcmində ilin əvvəli ilə müqayisədə 10% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 143 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 110 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4 milyon manat çoxdur.
Ötən rüb ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk yarımildə 42 milyon manat artaraq, 30 iyun 2022-ci il tarixinə 501 milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76 % artaraq, 1 milyona çatıb.
Birinci yarımil həm də Bank üçün çox əlamətdar bir hadisənin baş verməsi ilə yadda qalıb. Apreldə “Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard-ı müştərilərin istifadəsinə verib. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartı və AZN valyutalı kredit xəttini birləşdirən tək kart olan UCard, qısa müddət ərzində on minlərlə müştərinin seçimi olub. Multivalyutalı UCard özündə müştərinin arzuladığı əksər üstünlükləri birləşdirib. Həmçinin bank özünün mobil bank tətbiqi UBank-ı və terminal şəbəkəsi UTM-ləri də yeni UCard məhsuluna uyğunlaşdıraraq, kartın müştərilər tərəfindən istifadəsini daha da asanlaşdırıb. Bu gün UCard istifadəçilərinin sayı 100 mini keçib.
Ötən ilin ilk 6 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 6 ayında 3 dəfədən çox artıb. Hesabat dövründə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da çoxalıb. Birinci yarımildə UBank mobil əlavəsinin istifadəçi sayı 1.6 milyonu ötüb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
6 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
7 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
7 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















