Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Subway: Azərbaycan bizim üçün mühüm mərhələdir. Subway Bakıdan sonra regionlara çıxmağı planlaşdırırSubway master-françayzinq müqaviləsi imzalayaraq Azərbaycan bazarına daxil olub.
Müqavilə yerli tərəfdaşa ölkə ərazisində şəbəkənin inkişafı və idarə olunması üzrə eksklüziv hüquqlar verir.
Bu razılaşma Azərbaycanı brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda fəaliyyət göstərdiyi ən yeni bazarlardan birinə çevirir. Dünyanın 100-dən çox ölkəsində 35 mindən artıq restorana malik olan şəbəkə iyunun əvvəlində Bakıda ilk restoranlarını istifadəyə verib.
İyunun 17-də Subway bu hadisəni Bakıda keçirilən rəsmi açılış mərasimi ilə qeyd edib. Tədbirdə şirkətin EMEA regionu üzrə rəhbər şəxsləri – Subway-in EMEA üzrə prezidenti Treysi Gelan, marketinq üzrə baş direktoru (CMO) EMEA Luiza Uordl, strateji inkişaf üzrə vitse-prezidenti Süzett Burger, EMEA MFZ biznes bölməsinin idarəedici direktoru Kağan Şanlı və Yaxın Şərq, Afrika, Cənubi Asiya, Türkiyə və MDB regionu üzrə baş meneceri Efe Çelik iştirak ediblər. Qonaqlar ənənəvi lentkəsmə mərasimində də yer alıblar.
Tədbir çərçivəsində Subway-in Azərbaycan bazarına daxil olmaq qərarının səbəbləri, ölkənin brendin regional inkişaf strategiyasındakı rolu və ilk fəaliyyət ilindən gözləntilərlə bağlı Subway EMEA MFZ biznes bölməsinin idarəedici direktoru Kağan Şanlı ilə həmsöhbət olub.
- Subway son illərdə EMEA regionunda Gürcüstandan körfəz ölkələrinədək yeni master-françayzinq tərəfdaşlıqları ilə mövqeyini gücləndirir. Azərbaycana çıxmaq qərarının arxasında duran səbəblərdən danışın. Bu bazarı fərqləndirən nədir və bu imkanda sizi ən çox nə cəlb edir?
- İlk növbədə vaxt ayırdığınız üçün təşəkkür edirik. Sizi açılışımızda görməyimizdən çox məmnunuq. Subway Azərbaycan üçün, Azərbaycan isə Subway üçün nə ilə xüsusidir? Azərbaycanın çox gənc və dinamik istehlakçı auditoriyası var. Bu auditoriya xaricdən gələn müasir beynəlxalq sürətli xidmət brendlərinə açıqdır. Burada keyfiyyətə, fərdiləşdirmə imkanına və rəqəmsallaşmaya yüksək dəyər verilir. Bunlar isə brendimizin üç əsas prinsipidir. Buna görə də əminik ki, Subway yerli istehlakçılara çox uyğun gələcək. Burada işləmək bizim üçün maraqlıdır. Hətta restoranlarımıza gəlib məhsullarımızı yüksək qiymətləndirən qonaqların ilk rəylərini görmək də eyni dərəcədə xoşdur.
- Subway-in yaxın 3–5 il üçün regiondakı inkişaf vizyonunda Azərbaycanın rolu nədən ibarətdir? Azərbaycanı Qafqaz və Mərkəzi Asiya bazarlarında daha geniş ekspansiya strategiyasının əsas istiqamətlərindən biri hesab edirsinizmi?
- Gəlin son beş ildən başlayaq. Bu müddətdə təxminən 12 yeni master-françayzinq müqaviləsi imzalamışıq və mövcud biznesimizə əlavə olaraq 20-dən çox bazarı ailəmizə qatmışıq. Bu, bizim üçün yeni bir dövrdür. Brend çox sürətlə böyüyür və biz region üzrə yeni istehlakçılarla tanış oluruq.
Azərbaycan bizim üçün mühüm mərhələ oldu. Həmçinin Qafqaz ilə Mərkəzi Asiyada sonrakı inkişafdan əvvəl növbəti addımımızdır. Ümid edirik ki, Subway-in bütün əsas prinsipləri burada əks-səda yaradacaq. Sifarişlə, fərdi reseptlə hazırlanan sendviçlərimiz, məhsulların yüksək keyfiyyəti və təravəti, eləcə də istehlakçı üçün rahatlıq bizim prioritetimizdir. Bütün bunlar hamısı birlikdə Azərbaycan istehlakçısının zövqünə xitab edir.
- Subway beynəlxalq standartlarını qorumaqla yanaşı, fəaliyyət göstərdiyi bazarların xüsusiyyətlərini də nəzərə alması ilə seçilir. Azərbaycanın istehlakçı tələbatı və zövqünə uyğun olaraq gələcəkdə menyuda və ya xidmət formatında hər hansı lokal dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?
- Əlbəttə, konsepsiyamızın özü artıq fərdiləşdirmə və personallaşdırma prinsiplərinə əsaslanır. Subway-in əsas fərqi ondan ibarətdir ki, qonaqlar çörəyin növünü, zülal mənbəyini və digər inqrediyentləri öz zövqlərinə uyğun seçərək sendviçlərini sıfırdan formalaşdırırlar. Brendimizin unikallığı da məhz bundadır. Bütün konsepsiya təravət, keyfiyyət və sifariş əsasında hazırlanma prinsipləri üzərində qurulub.
Bununla yanaşı, menyunun Azərbaycan istehlakçılarının dad seçimlərinə daha da uyğunlaşdırılması imkanlarını da nəzərdən keçiririk. Bu istiqamətdə yerli tərəfdaşımızla birlikdə artıq müəyyən işlərə başlamışıq və gələcəkdə menyuya yerli zövqlərə uyğun yeni məhsulların əlavə olunması mümkündür.
- Azərbaycanda sürətli xidmət bazarı getdikcə daha dinamik və rəqabətli olur, Subway isə bura sifarişlə hazırlanan təzə sendviç konsepsiyasını gətirir. Brend necə fərqlənəcək və bu seqmentin ölkədə inkişafına necə təsir edəcək?
- Əsas fərqimiz, qeyd etdiyim kimi, brendin yarandığı ilk gündən təməlində dayanan sifariş əsasında hazırlanma prinsipi, eləcə də keyfiyyət və təravətdir. Məhz bu üç amil Subway-in konsepsiyasının əsasını təşkil edir.
Hazırda isə biz rəqəmsallaşmanın yeni mərhələsinə qədəm qoyuruq. İlk üç restoranımızın hər birində self-servis kiosklar quraşdırılıb və müşahidələrimiz göstərir ki, xüsusilə gənc auditoriya sifarişlərini məhz bu vasitə ilə verməyə üstünlük verir. Bu, bizim üçün vacib göstəricidir, çünki məqsədimiz qonaqlara mümkün olan ən rahat və keyfiyyətli xidməti təqdim etməkdir.
Subway-in üstünlüyü ondan ibarətdir ki, qonaqlar sifariş əsasında hazırlanan təzə sendviçlərini istədikləri üsulla əldə edə bilərlər: self-servis kiosklar vasitəsilə, bütün inqrediyentlərin açıq şəkildə təqdim olunduğu xidmət xəttində birbaşa sifariş etməklə və ya yaxın gələcəkdə evdən onlayn sifariş verərək çatdırılma xidməti vasitəsilə.
- Subway-in Azərbaycandakı uzunmüddətli inkişaf planları nədən ibarətdir? Bakıdan kənar regionlarda genişlənmə üçün potensial görürsünüzmü? Həmçinin, şirkət üçün ilk fəaliyyət ilinin uğurlu hesab olunması hansı göstəricilərlə ölçüləcək?
- Belə imkanları görürük. Burada çox güclü yerli tərəfdaşımız var və onun Bakıdan kənarda inkişaf etməyimizə kömək edəcək bütün səriştələri mövcuddur. Lakin ilk növbədə vəzifəmiz Azərbaycanın ürəyi olan Bakıda təməli qurmaqdır. Bu il əsas məqsədimiz mümkün qədər çox restoran açmaq və ya birdən hər yerdə olmaq deyil. Məqsədimiz hər qonağın hər dəfə sabit, yüksək keyfiyyət və yaxşı təcrübə almasını təmin etməkdir. Buna nail olanda Bakıdan kənara çıxmaq növbəti addım olacaq.
Uğurlu ilk ili də mən belə tərif edərdim. Məsələ neçə restoran açdığımızda deyil, baxmayaraq ki bizim və tərəfdaşımızın iddialı planı var. Məsələ əla keyfiyyət, yaxşı təcrübə və hər kəsin gəlib təzə, keyfiyyətli və eyni zamanda həqiqətən dadlı yemək tapa biləcəyi bir məkan təqdim etməkdir. Bunu bacarsaq, əminəm ki bacaracağıq, ilk il uğurlu olacaq, sonrası isə təbii axarla davam edəcək.
- Azərbaycan son illərdə qlobal qida və içki brendlərinin diqqətini daha çox cəlb edir. Sizcə, Azərbaycan bazarını fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Daha geniş prizmadan baxdıqda, 2026-cı ildə Subway brendini xarakterizə edən əsas dəyərlər nələrdir və bu brendin məhz indi Azərbaycan bazarına daxil olması üçün hansı amillər əlverişli şərait yaradır?
Azərbaycanı ilk növbədə onun insanları fərqləndirir. Bu, öz mədəniyyəti, irsi və milli mətbəxi ilə qürur duyan, eyni zamanda yeni təcrübələrə və beynəlxalq brendlərə açıq olan bir ölkədir. Bizim üçün bu, ideal bir vəhdətdir. Burada rəqəmsal yeniliklərə, yüksək keyfiyyətli məhsul və xidmətlərə maraq göstərən gənc və dinamik auditoriya formalaşıb və Subway məhz bu gözləntilərə cavab verir. Fəaliyyətimizin ilk həftələrində artıq sadiq müştəri auditoriyasının formalaşdığını müşahidə etmişik və bu auditoriyanın getdikcə genişlənəcəyinə inanırıq. Çünki hesab edirik ki, Azərbaycan bazarına istehlakçıların axtardığı keyfiyyətli və müasir qida təcrübəsini gətirmişik.
2026-cı ildə Subway üçün də maraqlı və perspektivli bir dövr başlayır. Brend uzun illərdir qlobal bazarda fəaliyyət göstərsə də, müştərilərə daha yaxşı təcrübə təqdim etmək və yüksək keyfiyyət standartlarını qorumaq istiqamətində yeniliklər etməyə davam edir. Biz yeni xidmət formatları, rəqəmsal həllər, fərqli məkan konsepsiyaları və yeni bazarlar üzərində işləyirik.
Azərbaycanda isə məqsədimiz Subway-in əsas dəyərlərini – keyfiyyəti, təravəti və fərdiləşdirilmiş xidmət təcrübəsini – bu dəyərləri qiymətləndirən yerli istehlakçılarla bir araya gətirməkdir. Bu prosesdə Subway brendinin qlobal təcrübəsi və master-françayzinq tərəfdaşımızın dəstəyi mühüm rol oynayır.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
9 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
9 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
10 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
























