Azərbaycan və İsrail hava əlaqələri haqqında vacib saziş imzalayıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfəri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.
Nazirliyin yaydığı məlumata görə, bu saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri xanım Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda səfər çərçivəsində İsrailin turizm naziri, İsrail – Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Konstantin Yoel Razvozovla görüş keçirilib. Görüşdə turizm sahəsində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edən nazir Rəşad Nəbiyev ötən il İsraildə açılmış Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin fəaliyyətini təqdir edib. Erməni işğalından azad edilmiş ərazilərdə nəqliyyat və logistika sahələrində həyata keçirilən iri miqyaslı layihələrdən və Zəngəzur dəhlizinin açılmasından danışan nazır Qarabağ regionunun turizm imkanlarından da bəhs edib.
Konstantin Yoel Razvozov bildirib ki, bu il İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanla son iki ildə əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyub. Bu gün əməkdaşlıq istiqamətlərinə təhlükəsizlik, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə, eləcə də turizm kimi mühüm sahələr daxildir. İsrailin turizm naziri bütün sahələrdə tərəfdaşlığı daha fəal şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Səfər zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Texnologiya İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən yaradılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək. Bu proqram çərçivəsində tədris Bakıda “Technion” Texnologiya İnstitutunun professor-müəllim heyəti tərəfindən aparılacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır.
Həmçinin nazir Rəşad Nəbiyev İsrail Rəqəmsal İşlər Qurumunun icraçı direktoru Dror Binlə görüşüb. Görüşdə “Hökumət buludu”, “Elektron hökumət” istiqamətlərində müzakirələr aparılıb, İsrail tərəfi bu sahədə öz təcrübəsini bölüşüb.
İsrailin Kosmik Agentliyinin direktoru Uri Oronla keçirilən görüşdə isə “Azərkosmos”la əməkdaşlıq çərçivəsində İsrail şirkətlərinə Avropa, Yaxın Şərq və Afrika regionu üzrə göstərilən yayım təminatı dəstəyi barədə danışılıb. Görüşdə İsrailin kosmik elm sənayesi və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
İsrail agentlikləri və şirkətləri 2023-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştiraka dəvət edilib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
45 d. əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
17 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























