AccessBank yeni konseptli növbəti filialını təqdim edir
AccessBank filial şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə və keyfiyyətli bank xidmətlərini əlçatan etməyə davam edir.
Bank, bu dəfə Mərdəkan filialını yeni konseptdə müştərilərin xidmətinə təqdim edib.
Yeni konsepsiya əsasında təmir edilən filial qəsəbənin mərkəzində - Serqey Yesenin küçəsi 2a ünvanında yerləşir.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə ötən ildən başlayıb. İlkin olaraq, Bankın Binəqədi filialında yenidənqurma işləri aparılıb. Daha sonra Şəmkir filialının açılışı reallaşdırılıb. Layihəyə uyğun olaraq, digər filialların da yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























