Rusiya avtomobillərinin Azərbaycana idxalı ilə bağlı - AÇIQLAMA
Mart ayının sonundan etibarən Rusiyanın “AvtoVAZ” şirkəti qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən istehsalı dayandırmalı olub. Zavod avtomobillərin istehsalı üçün lazım olan hissələri və istehlak materiallarını əldə edə bilməyib.
Avtomobil şirkətinin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər LADA” ASC-dən "APA-Economics"ə bildirilib ki, elektron komponentlərin çatışmazlığı istehsalla bağlı müəyyən çətinliklər yaradıb. Amma Azərbaycana Rusiya avtomobillərinin idxalı ilə bağlı hazırda hər hansı problem yoxdur: “İyun ayına qədər bütün sifarişlərimiz “AvtoVAZ” tərəfindən qəbul edilib”.
Avtomobil eksperti Eldəniz Cəfərov isə bildirib ki, Rusiya istehsalı olan avtomobillərə tələb bölgələrdə daha çoxdur. Bu isə daha çox Rusiya avtomobillərində konstruksiyanın sadə, servis qiymətlərinin isə nisbətən aşağı olması ilə bağlıdır.
Bununla belə ekspert hesab edir ki, Rusiya avtomobillərinin idxalı ilə bağlı yarana biləcək müəyyən qıtlıq Azərbaycan avtomobil bazarında hər hansı çətinlik yaratmayacaq. “İkinci əl” ABŞ, Cənubi Koreya və Çin avtomobilləri Rusiya avtomobillərini əvəzləyə bilər.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















