"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank real sektor nümayəndələri üçün səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi mövzusunda ilk tədbirini keçirib.
Tədbirin məqsədi sahibkarları kapital bazarlarının təqdim etdiyi imkanlarla tanış etmək, eyni zamanda PAŞA Bank-ın səhmləri və IPO mexanizmi barədə daha aydın və praktik məlumat təqdim etmək olub.
13 fevral 2026-cı il tarixində baş tutan tədbirdə iştirakçılara kapital bazarlarının imkanları, IPO mexanizmi, eləcə də PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsi prosesi və investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. 100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə bank sektoru, kapital bazarları və tənzimləyici dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb, real bazar təcrübələri və praktiki yanaşmalar paylaşılıb.
Tədbirdə çıxış edən PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev IPO-nun strateji əhəmiyyətini vurğulayıb:
“PAŞA Bank olaraq IPO-ya çıxmağımız uzun illər ərzində formalaşdırdığımız dayanıqlı inkişaf modelinin növbəti mərhələsidir. Bu addımla biz həm Bankın şəffaflıq və korporativ idarəetmə standartlarını daha da gücləndirir, həm də illər ərzində yaratdığımız dəyəri daha geniş investor çevrəsi ilə paylaşmağa hazır olduğumuzu göstəririk,” – deyə Cavid Quliyev bildirib.
C. Quliyev əlavə olaraq qeyd edib ki, PAŞA Bank uzun illərdir üzərində sistemli şəkildə çalışdığı strategiya çərçivəsində kapital bazarlarının inkişafını və qiymətli kağızlar bazarının dərinləşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Onun sözlərinə görə, Bankın IPO-ya planlı şəkildə hazırlanması da məhz bu uzunmüddətli yanaşmanın tərkib hissəsidir.
Qeyd edək ki, PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. PAŞA Bank Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada - “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” - adına layiq görülüb.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb. Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
2 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
2 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!














.jpg)





