11%-dən biznes kreditləri təklif edən bank 450 milyon manatdan çox artıma nail olub
Azərbaycanda ən böyük korporativ bank olan “PAŞA Bank” ASC tərəfindən müştərilərə verilmiş kreditlər artıb.
Marja.az Banka istinadən xəbər verir ki, “PAŞA Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 450 milyon 544 min manat artaraq 2 milyard 545 milyon 578 min manata çatıb. Bank 2020-ci ilin sonunda 2 milyard 95 milyon 34 min manat kredit portfelinə malik idi.
“PAŞA Bank”ın xalis kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric) 418 milyon 501 min manat artaraq 2 milyard 478 milyon 985 min manata çatıb. Bank 2020-ci ilin sonunda 2 milyard 60 milyon 484 min manat xalis kredit portfelinə malik idi.
“PAŞA Bank”ın qiymətli kağızlara investisiyaları 2020-ci illə müqayisədə 2021-ci ildə 207 milyon 600 min manat artaraq 1 milyard 763 milyon 754 min manata yüksəlib.
Qeyd edək ki, "PAŞA Bank" 2021-ci ili 90 milyon 180 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 7 % və ya 5 milyon 928 min manat artıb.
“PAŞA Bank” 11%-dən başlayan faizlər ilə biznes kreditləri təklif edir.
Həmçinin oxu
"PAŞA Bank"ın xalis mənfəəti artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 32 d. əvvəl
- 45 d. əvvəl
-
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























