"PAŞA Bank"ın xalis mənfəəti artıb
"PAŞA Bank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, "PAŞA Bank" 2021-ci ili 90 milyon 180 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 7 % və ya 5 milyon 928 min manat artıb.
Ötən il “PAŞA Bank”ın cəmi gəlirləri 390 milyon 422 min manat, cəmi xərcləri 300 milyon 242 min manat təşkil edib.
AKTİVLƏRİ 900 MİLYON MANATA YAXIN ARTIB
31 dekabr 2021-ci il tarixində "PAŞA Bank" 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 545 milyon 578 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 31 Dekabr 2020-ci il tarixində "PAŞA Bank" 5 milyard 513 milyon 21 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 95 milyon 34 min manat kredit portfelinə malik idi. Beləliklə, ötən il PAŞA Bankın cəmi aktivləri 895 milyon 350 min manat, o cümlədən kredit portfeli 450 milyon 544 min manat artıb.
31 Dekabr 2021-ci il tarixində “PAŞA Bank” 423 milyon 260 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 29 d. əvvəl
- 42 d. əvvəl
-
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























