OLED ekranlı yeni VivoBooklar Bakıdadır - QİYMƏTİ
OLED ekranlı VivoBooklar qrafik dizayn, memar, mühəndis, proqramçı, developer, video editinq, yaradıcı insanlar, maliyyəçilər üçün əla seçimdir.(®) Bildiyiniz kimi, hər il kompüter texnologiyaları sahəsində yenilik və innovasiyaların tətbiqi davam etməkdədir. 2021-ci ildən isə dünyada ən yeni texnologiyalardan olan OLED ekranlı noutbukların istehsalına başlanıldı. OLED texnologiyasını noutbuklarda kütləvi şəkildə ilk dəfə ASUS şirkəti tətbiq etməyə başlamışdır. Ondan əvvəl bu texnologiya ilə ancaq televizor və telefonlar istehsal olunurdu.
Hər zaman yenilikləri və ən son texnologiyaları ilk olaraq öz məhsullarında tətbiq edən ASUS bu yeniliyi ilk öncə eleqant, incə və zərif dizaynlı, həmçinin premium biznes sinif hesab olunan əfsanəvi ZenBook modellərində reallaşdırdı.
Bəs bu qədər bəhs etdiyimiz OLED texnologiyası nədir? OLED, yəni Organic Light-Emitting Diode - orqanik işıq yayan diodlar deməkdir ki, onların köməyi ilə daha az enerji ilə, daha parlaq işıq effekti almaq mümkündür. Bu texnologiyanın köməyi ilə ötürülən rənglər real rəng çalarlarına daha yaxındır və ekranda əks olunan rənglər isə daha canlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, OLED texnologiyası ən real, ən canlı məhz qara rəngi ötürür. Ən önəmlisi odur ki, bu texnologiya gözlərə və yuxu sisteminə çox mənfi təsir edən mavi işığın təsirini azaldır, amma rəngləri 100% rəng qamutu ilə birəbir olduğu kimi, real əks etdirməsinə baxmayaraq, OLED texnologiyanın daha az enerji sərf etməsi və daha davamlı, yəni dayanıqlı olması onun əsas üstünlüklərindəndir.
“Azerbaijan Technologies” şirkəti ASUS brendinin Azərbaycanda rəsmi distribütoru olaraq, OLED ekranlı ZenBook modellərini hələ ilin əvvəlindən bölgədə Asusun yeganə rəsmi mağazası olan Asus Brand Store’da satışa çıxarmışdır.
OLED ekranlı ZenBooklardan sonra, ASUS şirkəti kütləvi olaraq bu texnologiyanı ultraslim kateqoriyalı və müştərilər tərəfindən xüsusilə sevilən VivoBooklara da tətbiq etməyə başladı. OLED ekranlı yeni VivoBooklar artıq oktyabr ayının 18-indən Asus Brand Store-da satışa çıxarılmışdır. Müştərilər OLED ekranlı noutbuklara elə ilk gündən xüsusi maraq göstərir, hətta aylardır OLED ekranlı yeni VivoBookları gözləyən müştərilər üçün bu çox sevindirici bir xəbərdir ki, artıq yeni VivoBooklar Bakıdadırlar.
Noutbuklar həm İntel, həm də AMD prosessorladır, VivoBook Pro versiyası isə NVIDIA GEFORCE RTX3050 4GB videokartla təchiz edilib.
OLED ekranlı yeni VivoBookların qiyməti 1799 AZN-dən başlayır. Ətraflı modellərlə tanış olmaq üçün bu linkə tıklayın:
https://aztech.az/product-category/noutbuklarin-satishi-kompyuterlerin-satisi/ultrabooks_az/
Həm dizaynı göz oxşayan, həm yüngül, rahat daşına bilən yeni OLED ekranlı VivoBooklar qrafik dizayn, memar, mühəndis, proqramçı, developer, video editinq, yaradıcı insanlar, maliyyəçilər üçün əla seçimdir. Tam əminliklə deyə bilərik ki, yeni OLED texnologiyalı noutbuklar tezliklə bazarda özünəməxsus yer tutacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
- 32 d. əvvəl
-
34 d. əvvəl
"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik"
-
45 d. əvvəl
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
- 45 d. əvvəl
-
48 d. əvvəl
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
-
56 d. əvvəl
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
SOCAR Avropaya qaz ixracını 50% artırıb
Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir
SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib
Bank Gəncədə 2-ci filialını açdı
SOCAR və “TotalEnergies” “Abşeron” qaz-kondensat yatağı üzrə görülən işləri nəzərdən keçiriblər
Zukerberq “Milyarderlərin bunker”ində rekord qiymətə - 170 milyon dollara malikanə alıb


























