"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
"12 may tarixinə tələb bizim təklifi üstələmişdi. Abunə yazılışının müddətinin uzadılması ilə daha çox investorun səhmdar olması üçün imkan yaradılıb."Xəbər verdiyimiz kimi, "PAŞA Bank" “Paylaşdıqca böyüyürük. Birlikdə” şüarı altında elan etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun 2026-cı il tarixinədək uzadıb. Bi sıra şəxslər iddia edirlər ki, bu qərar PAŞA Bankın lazım olan məbləğdə (51,3 milyon manat) sifariş toplaya bilmədiyinə işarədir.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev Marja.az-ın “Əgər abunə yazılışı 12 mayda başa çatsaydı ümumi sifariş həcmi emissiyanın tam yerləşdirilməsi üçün yetərli idi?” sualını cavablandırıb.
Abunə müddətinin uzadılmasının səbəbi
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifi — IPO üzrə abunə yazılışı müddətinin uzadılmasının səbəblərini açıqlayıb. “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, qərar potensial investorların və tərəfdaş investisiya şirkətlərinin müraciətləri nəzərə alınaraq qəbul edilib.
Bankın sədrinin sözlərinə görə, IPO-ya maraq əsasən fiziki şəxslər tərəfindən göstərilib və investorların böyük əksəriyyəti - 99,99%-i fərdi investorlardır. 12 may tarixinə qədər formalaşan tələb bankın təklif etdiyi səhm həcmini (51,3 milyon manatı) tam əhatə edəcək səviyyədə olub.
"İnvestorların 99,99%-i fiziki şəxslərdir. Korporativ investorların sayını əllə saymaq olar - sayları heç 10-u da keçmir - ya investisiya şirkətləridir ya da hüquqi şəxslərdir. 12 may tarixinə tələb təklifi 100% + üstələmişdi. Amma biz daha çox sifarişlərin sayına üstünlük veririk. Biz potensial investorlardan və tərəfdaş investisiya şirkətlərindən güclü mesaj aldıq ki, tələb daha böyükdür, sadəcə bəzi investorlar əlavə vəsait cəlb etmək üçün vaxt istəyirlər”, — deyə bank rəsmisi bildirib.
Qeyd olunub ki, IPO üzrə sifarişlərin formalaşması iki istiqamətdə aparılır. Bir tərəfdən investorlar vəsaitlərini yerləşdirir, digər tərəfdən isə tərəfdaş investisiya şirkətləri vasitəsilə gözlənilən sifarişlər və investor marağı ayrıca izlənilir.
Onun sözlərinə görə, investorların əlavə vaxta ehtiyac duymasının bir neçə səbəbi olub. Bəzi pərakəndə investorların vəsaiti müddətli əmanətlərdə yerləşdiyindən, həmin əmanətlərin müddətinin bitməsi gözlənilib. Digər pərakəndə investorlar isə biznes və ya digər maliyyə öhdəlikləri ilə bağlı ödənişlərin daxil olmasını gözləyiblər.
Cavid Quliyev bu səbəbləri “sağlam və əsaslı” hesab etdiklərini bildirib və məhz bu müraciətlər nəzərə alınaraq abunə yazılışı müddətinin uzadıldığını vurğulayıb.
“Bu, son uzadılmadır”
PAŞA Bankın sədri qeyd edib ki, abunə yazılışı müddətinin uzadılması sonuncu dəfə həyata keçirilib və bundan sonra əlavə müddət verilməsi planlaşdırılmır.
“Bu, axırıncı uzadılma idi. Bundan sonra heç bir uzadılma baş verməyəcək. İyunun 12-də abunə yazılışı prosesini başa vurmağı planlaşdırırıq”, — Bankın sədri bildirib.
PAŞA Bankın tərəfdaş investisiya şirkətləri sırasında "PAŞA Kapital", "ABB-İnvest" və "Uni Capital" qeyd olunub. Bundan başqa, investorlar PAŞA Bank, Kapital Bank və digər tərəfdaş banklar vasitəsilə də sifariş yerləşdirə bilirlər.
Dividend məsələsinə aydınlıq gətirildi
Mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib ki, investorları maraqlandıran əsas məsələlərdən biri də 2025-ci ilin nəticələri üzrə dividend ödənişləri ilə bağlıdır.
"PAŞA Bank"ın 12 may 2026-cı il tarixində abunə müddətinin uzadılması ilə bağlı yaydığı press-relizdə “artıq sifariş yerləşdirmiş investorlar 2025-ci ilin nəticələri üzrə dividend əldə edəcəklər” ifadəsi yer alıb və bu, bazarda müəyyən suallar yaradıb.
PAŞA Bank rəhbərliyi bu məsələyə aydınlıq gətirərək bildirib ki, heç bir ayrı-seçkilik olmayacaq. 12 maya qədər sifariş yerləşdirən investorlarla, uzadılmış müddət ərzində — 12 iyuna qədər sifariş yerləşdirəcək investorlar eyni hüquqlara malik olacaqlar.
“12 maya qədər və 12 iyuna qədər sifariş yerləşdirən bütün investorlar bərabər hüquqlara malik olacaq. 2025-ci il üzrə dividend ödənişini hamı eyni qaydada alacaq”, — deyə Murad Süleymanov vurğulayıb.
Bankdan bildirilib ki, abunə prosesi başa çatdıqdan və tənzimləyici qurumlarla rəsmi prosedurlar tamamlandıqdan sonra dividend ödənişinin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.

PAŞA Bankın açıqlamasından görünür ki, IPO üzrə abunə müddətinin uzadılması tələbin zəif olması ilə deyil, əksinə, daha çox investorların İPO prosesinə cəlb etmək üçün daha çox vaxta ehtiyac duyması ilə əsaslandırılır.
Bu yanaşma xüsusilə fiziki şəxslərin üstünlük təşkil etdiyi IPO-larda müşahidə oluna bilər. Çünki fərdi investorların vəsaitləri çox vaxt müddətli əmanətlərdə, biznes dövriyyəsində və ya digər aktivlərdə olur. Bu səbəbdən onların sərbəst investisiya vəsaiti formalaşdırması institusional investorlarla müqayisədə daha çox vaxt tələb edə bilər.
Dividend məsələsinə verilən açıqlama isə bazardakı mümkün çaşqınlığı aradan qaldırmaq baxımından əhəmiyyətlidir. Bankın bütün investorların 2025-ci ilin nəticələri üzrə dividend hüququna malik olacağını bildirməsi IPO-ya marağın qorunmasına və investor etimadının güclənməsinə xidmət edə bilər.
Ümumilikdə, PAŞA Bankın açıqlaması göstərir ki, bank IPO prosesində daha geniş investor bazasının iştirakını təmin etməyə çalışır və abunə müddətinin uzadılması bu məqsədə xidmət edir.
Xəbər verdiyimiz kimi, “PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözlənilir (xalis mənfəətin 56% - red).
"PAŞA Bank" 2025-ci ildə 2024-cü ilin nəticələri üzrə 224 milyon 121 min manat xalis mənfəətindən 129 milyon manat məbləğində dvidend elan etmişdi.
Səhmlərin İlkin Kütləvi Təklifi (İPO) çərçivəsində davam edən abunə yazılışı üzrə bugünədək "PAŞA Bank"ın səhhmlərinə 13 min unikal investor sifariş yerləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
4 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
4 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
4 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
4 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ







.jpg)









.jpg)



