”AzMet” şirkətinin direktoru cərimələndi
Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir neçə gündür, Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və ”AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub.
O qeyd edib ki, faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib: "Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib. Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb. Monitorinqlər zamanı Gəncə şəhərində gecə saatlarında havada xoşagəlməz tüstü və qoxu müşayiət edilib. Aparılan araşdırma zamanı Gəncə məişət tullantıları poliqonunda tullantıların istidən öz-özünə alışdığı və nəticədə havaya normadan artıq tüstünün atıldığı məlum olub. Belə halların təkrarlanmaması üçün poliqon rəhbərliyinə məcburi göstəriş verilib.
Quba rayonunda isə Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxunun yayıldığı aşkarlanıb. Faktla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilib, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilib”.
H.Əlizadə monitorinqlərin bütün regionlarda davam etdiyini bildirib və ətraf mühiti, havanı çirkləndirən subyektlərə bir daha xəbərdarlıq edib.
"İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanunamüvafiq həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















