Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Şirkət 2025-ci ildə müştəri təcrübəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın rəqəmsal transformasiyasında mövqeyini möhkəmləndirib(®) Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.
Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.
Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə “DigiMax” tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.
“Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri “SİMA İmza” rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq Azercell yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir.
Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə imkanlarını genişləndirib. “Wingz” MMC ilə əməkdaşlıq çərçivəsində abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.
Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum imzalanıb. Bu çərçivədə təqdim edilən “Əsgərcell” təklifi xidmət dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini təmin edəcək.
Korporativ sektorda “Azercell Biznes” rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.
Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş “YolDASH360” platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.
2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə davam edib. Qlobal avtomatlaşdırma lideri UiPath ilə strateji əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə etmək imkanı yaradıb.
Azercell həmçinin telekommunikasiya və texnologiya sahəsində aparıcı beynəlxalq alyanslardan biri olan TM Forum-un rəsmi üzvü olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrə çıxış imkanı qazandırıb.
2025-ci ildə “Azercell TechTalks” təşəbbüsü çərçivəsində korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. “Gələcəyi dəyişən texnologiyalar” mövzusuna həsr edilən tədbirdə süni intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub. Tədbirdə Amazon Web Services, Cisco, FutureBright Group və UiPath kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Beləliklə, 2025-ci il Azercell üçün rəqəmsal imkanların daha da gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da gücləndirməyə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
14 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
14 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
14 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)









.jpg)


