Metropoliten xətlərində yeni qatarlar
Metropoliten xətlərində yeni qatarların sayı 19-a çatdırıldıBu gün Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb.
"Bakı Metropoliteni"QSC-nin yaydığı məlumata görə, bununla 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.
Qeyd edək ki, müəssisə 1967-ci ildən Bakının yeraltı yollarını sərnişin vaqonları ilə təmin edir. Bu əlaqələrin daha da möhkəmlənməsi isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışan Heydər Əliyev zavodun ağır iqtisadi böhrandan çıxarılmasında son dərəcə əhəmiyyətli rol oynayıb. Onun göstərişi ilə zavod yenidən qurulub, istehsal sahələri genişləndirilib. Yeni sex vaqon istehsalının həcmini artırmaqla ölkə və xarici metropolitenlər üçün vaqon sifarişlərini yerinə yetirmək imkanı verib. Bu xüsusda "Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınıb. 2019-cu ildə 30 və 2020-ci ildə daha 20 vaqonla metropolitenin lokomotiv parkı 75 müasir tipli vaqondan ibarət 15 qatar tərkibi ilə yenilənib.
Bu dəfə gətirilən vaqonlar da sifarişçinin texniki şərtlərinə uyğun olaraq istehsal edilib. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765 B./81-766 B. modelli vaqonlar istismar müddətini başa vurmuş vaqonları əvəz edib.
Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər.
Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırır, sərnişinlərin, eləcə də havanın salonlarda bərabər paylanmasına xidmət edir. Bu, həm də qatarın tutumunu 15 faiz artırır.
Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar da qoyulub.
Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xidmət fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.
Vaqon istehsalçıları sərnişinlərlə yanaşı qatar sürücülərinin də rahatlığını nəzərə alan yeniliklər tətbiq ediblər. Maşinist kabinəsi indi daha genişdir, qatarın idarə edilməsində bir sıra proseslər avtomatlaşdırılıb, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırıb.
Texniki göstəriciləri ilə öz sələflərindən yetərincə fərqlənən yeni vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.
Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Asalnov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
19 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
20 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
20 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















