Azərbaycanın məşhur banklarından biridir; gəlirləri və əməliyyat mənfəəti artıb
“Unibank” ASC 2021-ci ilin ilk yarısını (yanvar-iyun dövrünü) 3 milyon 915 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 95 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması Bankın əməliyyat mənfəətinin bir hissəsini gələcəkdə ehtimal olunan kredit zərərləri üçün ehtiyat fonduna ayırması ilə bağlıdır. Bu il Unibankın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb, əməliyyat mənfəəti yüksəlib.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə Unibankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 72 milyon 921 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 60 milyon 942 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 11 milyon 979 min manat əməliyyyat mənfəəti yaranıb. Unibank əməliyyat mənfəətindən 8 milyon 63 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma etdiyindən ilk 6 ayı 3 milyon 915 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə Unibankın cəmi əməliyyat gəlirləri 54 milyon 576 min manat, cəmi əməliyyat xərcləri 47 milyon 110 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 466 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyat fondundan azad olmuş 1 milyon 629 min manat hesabına Bankın mənfəəti artmış və həmin dövrü 9 milyon 95 min manat xalis mənfəət ilə başa vurmuşdu.
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin ilk 6 ayında 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə Unibankın faiz gəlirləri 11 milyon 606 min manat və ya 26,9% artaraq 54 milyon 712 min manata, qeyri-faiz gəlirləri isə 6 milyon 739 min manat və ya 58,7% artaraq 18 milyon 208 min manata yüksəlib.
Unibankın cəmi əməliyyat gəlirlərinin 18 milyon 345 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 13 milyon 832 min manat artıb. Nəticədə, bu ilin 1-ci yarısında 2020-ci ilin 1-ci yarısına nisbətən UniBankın əməliyyat mənfəəti 4 milyon 513 min manat və ya 60,4% daha çox olub.
KREDİTLƏR 100 MİLYON MANATA YAXIN ARTIB
2021-ci ilin yanvar-iyun dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə Unibankın cəmi aktivləri 9,5% artaraq 892 milyon 935 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 93 milyon 948 min manat və ya 16,6% artaraq 661 milyon 261 min manata çatıb. Bank ötən ilin sonunda 815 milyon 811 min manat cəmi aktivlərə, o cümlədən 567 milyon 313 min manat kredit portfelinə malik idi.
2021-ci ilin 1-ci yarısında Unibankın istehlak kreditləri portfeli 72 milyon 364 min manat artaraq 380 milyon 703 milyon manata, biznes kreditləri porfeli 21 milyon 570 min manat artaraq 222 milyon 157 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 14 min manat artaraq 58 milyon 401 min manata yüksəlib.
DEPOZİTLƏR DƏ 100 MİLYON MANATA YAXIN ARTIB
2021-ci ilin yanvar-iyun dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə Unibankda depozitlər 96 milyon 725 min manat və ya 18,5% artaraq 619 milyon 92 min manata çatıb, o cümlədən fiziki şəxslərin (əhalinin) depozitləri 95 milyon 114 min manata artaraq 521 milyon 364 min manata, hüquqi şəxslərin depozitləri isə 1 milyon 611 min manat və ya 1,7% artaraq 97 milyon 728 min manata yüksəlib.
30 İyun 2021-ci il tarixində 82 milyon 767 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
4 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
5 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
5 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
5 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Avropada qaz qiymətləri bir gündə 14% düşüb
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb




















