970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır

Volkswagen-in minlərlə əməkdaşını işdən çıxarmağı və bəzi zavodları bağlamağı planlaşdırdığı bildirilir.
AzVak-mobil_resmin_ustu_31
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Volkswagen-in (VW) baş icraçı direktoru Oliver Blume Avropanın ən böyük avtomobil istehsalçısını daha rəqabətqabiliyyətli etmək məqsədilə yeni addımlar atmağa hazırlaşır.

Marja xəbər verir ki, bu barədə "Manager Magazin" məlumat yayıb.

"Manager Magazin" mənbələrə istinadən xəbər verir ki, baş direktorun bu həftənin əvvəlində keçirilən İdarə Heyətinin iclasında təqdim etdiyi planlar işçi sayının azaldılması hədəfinin iki dəfə artırılaraq 100 min nəfərə çatdırılmasını nəzərdə tutur.

Porsche və Audi-nin sahibi olan şirkətdə hazırda təxminən 657 min nəfər çalışır. Blume-nin yenidən strukturlaşdırma planı gələn ay Müşahidə Şurasına təqdim olunacaq və müzakirəyə çıxarılacaq.

Orta müddətdə dörd zavod bağlanacaq

Jurnalın məlumatına görə, Blume-nin strategiyası həmçinin bu onilliyin sonuna qədər ümumi inzibati və əməliyyat xərclərinin 11 milyard avro, yəni 12,5 milyard ABŞ dolları azaldılmasını, orta müddətdə isə Almaniyadakı dörd zavodun bağlanmasını da əhatə edir. Bunlar arasında Neckarsulm şəhərindəki Audi zavodu, həmçinin Hannover, Zwickau və Emden şəhərlərində yerləşən VW zavodları var.

Volkswagen-in “köklü dəyişiklikdən keçməli olduğunu” bildirən şirkət sözçüsü "Manager Magazin"in xəbərində yer alan detalları şərh etməkdən imtina edib. Sözçü qeyd edib ki, İdarə Heyəti şirkətin yenidən strukturlaşdırılması üçün gələcəyə yönəlmiş plan üzərində intensiv işləyir.

Həmkarlar ittifaqı plana qarşıdır

Həmkarlar ittifaqı liderləri yeni planlara etiraz ediblər. Şirkətin kəmkarlar komitəsi  və IG Metall həmkarlar ittifaqının birgə açıqlamasında bu planların “işçi qüvvəmizi və fəaliyyət göstərdiyimiz regionları narahat etdiyi” bildirilib. Açıqlamada “Bu cür planlar həyata keçirilməyə çalışılarsa, bütün gücümüzlə qarşı çıxacağıq” deyilib.

 

İş elanları AzVak.az-da

 

26.06.2026 13:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19