Sahibkarlığın İnkişafı Fondunda böyük zərər!
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci ili 32 milyon 229 min manat xalis zərərlə başa vurub. Halbuki, Fond 2019-ci ildən 2 milyon 328 min manat xalis mənfəətlə çıxmışdı. Zərər xüsusi ehtiyatlara ayırmalardan qaynaqlanır, bu da kredit itkisi riskinin artdığına işarədir.
Bu barədə qurumun maliyyə hesabatından məlum olur.
Son nəticədə SİF-in yığılmış zərəri 20% artaraq 193 milyon 469 min manata çatıb.
Ötən il Fondun əməliyyat gəlirləri 10 milyon 106 min manat (əvvəlki ilə nisbətən 15,6 % çox), xərcləri 5 milyon 12 min manat (24,4% çox), xüsusi ehtiyatlara ayırmaları 37 milyon 102 min manat (30,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 868 milyon 137 min manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə Fondun balans kapitalı isə 3,9% azalaraq 818 milyon 607 min manata düşüb.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)









.jpg)




