16 bankın əməliyyat xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki əməliyyat xərcləri əvvəlki ilə nisbətən az olub.
Bunlar “Premium Bank”, “Xalq Bank”, “Günay Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Access Bank”, “Bank Avrasiya”, “Yapı Kredi Bank Azərbaycan”, “AFB Bank”, “Muğan Bank” və “Express Bank”dır.
Ən çox azalma “Express Bank”da (15%), ən az azalma isə “Premium Bank”da (0,4%) qeydə alınıb.
Qalan 16 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Azərbaycan Beynəlxalq Bankı”nda (24,5%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,6%) qeydə alınıb.
4 bankın ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (328,422 milyon manat), “Kapital Bank” (318,334 milyon manat), “PAŞA Bank” (188,945 milyon manat) və “Access Bank”dır (101,756 milyon manat).
Qalan 22 bankdan 4-də əməliyyat xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan az olub.
Həmçinin oxu
Azərbaycanda 17 bankın qeyri-faiz gəlirləri azalıb“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
12 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
35 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 45 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı






















