Azərbaycanda 17 bankın qeyri-faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun ötənilki qeyri-faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Zıraat Bank Azərbaycan”, “Xalq Bank”, “Rabitəbank”, “Kapital Bank”, “PAŞA Bank”, “Naxçıvan Bank”, “Turan Bank” və “Bank of Baku”dur.
Ən yüksək dinamika Pakistan bankında (10,9 dəfə), ən aşağı dinamika isə “Bank of Baku”da (2,4%) qeydə alınıb.
Qalan 17 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma “Access Bank”da (65,8%), ən az azalma isə “Azər-Türk Bank”da (3,9%) qeydə alınıb.
4 bankın ötənilki qeyri-faiz gəlirləri 30 milyon manatdan çox olub
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki qeyri-faiz gəlirləri 30 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (216,44 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (125,39 milyon manat), “PAŞA Bank” (95,208 milyon manat) və “Unibank”dır (30,798 milyon manat).
Qalan 22 bankdan 7-də qeyri-faiz gəlirləri 10-30 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan az olub.
12 bankın faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 14-nün ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar “Naxçıvan Bank”, “Bank VTB Azərbaycan”, “Bank of Baku”, “Bank BTB”, “Azərbaycan Sənaye Bankı”, “PAŞA Bank”, “Rabitəbank”, “Kapital Bank”, “Unibank”, “Günay Bank”, “Bank Respublika”, “Express Bank”, “Turan Bank” və “Zıraat Bank Azərbaycan”dır.
Ən yüksək dinamika “Naxçıvan Bank”da (50,2%), ən aşağı dinamika isə “Zıraat Bank Azərbaycan”da (2,1%) qeydə alınıb.
Qalan 12 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma “Muğan Bank”da (21,5%), ən az azalma isə “Bank Avrasiya”da (1,1%) qeydə alınıb.
4 bankın ötənilki faiz gəlirləri 100 milyon manatdan çox olub
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki faiz gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (440,183 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (406,244 milyon manat), “PAŞA Bank” (218,187 milyon manat) və “Xalq Bank”dır (103,447 milyon manat).
Qalan 22 bankdan 5-də faiz gəlirləri 50-100 milyon manat arasında, 15 bankda 10-50 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
36 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 46 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı



























