Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 12 min 185 ədəd avtomobil ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik maşınlarının ümumi dəyəri 122,2 milyon ABŞ dolları təşkil edib.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 1 397 ədəd və yaxud 13% artıb.
Xəbər verdiyimiz kimi, 2020-ci ilin yanvar-iyul dövründə Azərbaycana 340 milyon 968 min dollar dəyərində 27 min 792 ədəd avtomobil idxal edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin 7 ayı ilə müqayisədə 2020-ci ilin 7 ayında avtomobil idxalı təxminən 21% artıb. 2019-cu ilin yanvar-iyul dövründə Azərbaycana 22 min 974 ədəd avtomobil idxal edilmişdi.
Cari ilin 7 ayında ayda ölkəmizə 25 min 999 ədəd minik avtomobili, 101 ədəd avtobus, 1 615 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib.
“Report”, "Marja"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 58 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















