İxrac həllini taparsa, Azərbaycan Türkiyənin hakim olduğu bazara daxil ola bilər
Ölkəmizin cənub bölgəsində ənənəvi təsərrüfat sahələrindən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir. Dəfnə yarpağına olan tələbatı nəzərə alan astaralı fermerlər bu sahənin əvvəlki şöhrətini qaytarmaq niyyətindədirlər.
Əsasən subtropik ərazilərdə yetişdirilən həmişəyaşıl dəfnə bitkisi Azərbaycanda 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonlarının ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları genişləndirilərək 200 hektarlarla sahəni əhatə edib.
Bioloq Yunus Qulamovun sözlərinə görə, Astara rayonunun Kijəbə qəsəbəsində, keçmiş Lenin adına sovxozun ərazisində ilk dəfə dəfnə bağları salınıb. Təcrübə yaxşı nəticə verdiyi üçün Lənkəranın bütün kəndlərinə paylanılıb. Dəfnənin becərilməsinin maya dəyəri olduqca azdır. Həm quraqlığa, həm də mənfi 20 dərəcəyə dözümlüdür.
Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. Hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir.
Dəfnə yarpağından bir çox xəstəliklərin müalicəsində - diş iltihabı, daxili xəstəliklərdə, şəkərin, təzyiqin aşağı salınmasında istifadə olunur.
Bir zamanlar insanlara qazanc gətirən dəfnə ağacları həm də həyətyanı sahələrdə əkilməklə çəpər rolunu oynayıb. Digər bir üstün cəhəti də bu ağacın uzunömürlü olmasıdır. Yəni 150-200 il ömür sürür. Bu ağaclar suya da çox tələbkar deyil.
Yerli sakinlər həyətlərindəki dəfnə ağaclarından az da olsa faydalanmağa çalışırlar.
Mütəxəssislərin dediyinə görə, maya dəyəri az və qulluğa bir o qədər ehtiyac duymayan dəfnə ağacları yüksək məhsuldarlığa malikdir. Bir hektar sahədən 20-30 ton yaş, 3-5 ton quru dəfnə yarpağı əldə etmək olur. Əgər tədarük və ixrac məsələsi öz həllini taparsa, qısa müddətdə bu gəlirli sahəni yenidən dirçəltmək mümkündür. Dəfnə yarpağının xaricə ixracı Azərbaycana valyuta axınını da təmin edə bilər. Hazırda dünya bazarında dəfnəyə olan tələbatın 80-90 faizini Türkiyə ödəyir.
©️ Azərtac
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 47 d. əvvəl
-
55 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 59 d. əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti


















