Kapital Bank UNEC-də “Karyera Günü” keçirib
® Kapital Bank-ın təşəbbüsü ilə 22 oktyabr 2019-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq Dövlət İqtisad Universitetində (UNEC) tələbə və məzunlar üçün “Karyera Günü” keçirilib.
Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, digər rəhbər əməkdaşlar, İqtisad Universitetinin rektoru Ədalət Muradov, UNEC-in tələbə və məzunları, eləcə də müəllim heyəti iştirak edib.
“Birincilər sırasına sən də qoşul!” devizi altında keçirilən tədbirdə tələbə və məzunların maraqları, hansı sahələrdə karyeralarını qurmaq istədikləri haqqında müzakirələr aparıb. Bundan başqa tədbir çərçivəsində tələbə və məzunların CV-ləri toplanıb və onlar müsahibə mərhələlərində iştirak ediblər.
“Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank bu gün İqtisad Universitetində karyera günü keçirdi. Hazırda Kapital Bank-da olan vakansiyalar, təcrübə proqramları barədə tələbə və məzunlara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi layihələrə dəstək göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edirik”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Tədbir çərçivəsində 300-dək CV toplanıb və 30-dan artıq müsahibə keçirilib. Həmçinin “Karyera Günü”ndə “Əmək bazarında trendlər. İşəgötürən bizdən nə gözləyir?” və “Sosial şəbəkələr və sizin imiciniz” mövzularında təlim modulları keçirilib. Hər zaman gənclərə dəstək olan Kapital Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 24 d. əvvəl
-
33 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
36 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir


















.jpg)




