Kapital bank “ağıllı” kassaları istifadəyə verdi
(®) Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verdi. Cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir.
Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.
Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.
Kapital Bank tərəfdən təklif olunan bu cihazların daha bir əhəmiyyətli üstünlüyü isə onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.
Yuxarıda qeyd edilənlərlə yanaşı müştərilərimiz üçün növbəti mərhələdə əhəmiyyətli yeniliklərdən biri, bu cihazların Vergilər Nazirliyinin informasiya sisteminə qoşulmasıdır. Gələcəkdə, Vergilər Nazirliyinin sistemi üzərindən nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cash back məbləğini real rejimdə əldə etmək imkanı yaradılacaq. Kassa aparatı və sözügedən sistem arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçirilərək məhsulun QR (sürətli məlumat) kodu çap olunacaq. Bu kod əsasında isə müştəri cashback məbləğini əldə edə biləcəkdir.
Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar isitənilən Kapital Bank filialına müraciət etməli və fəaliyyətləri barədə müvafiq məlumatları təqdim etməlidirlər. Terminallar bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi müxtəlif xidmət və məhsul “paketlər”inə qoşulmuş, həmçinin bankın müştərisi olmasa belə müəyyən ticarət dövriyyəsinə sahib müştərilər və taksit layihəsi üzrə müəyyən tələblərə cavab verən partnyorlara tam pulsuz təklif olunur.
Daha ətraflı məlumat üçün filiallarla yanaşı, 196 – Məlumat Mərkəzinə, www.kapitalbank.az və ya www.birkart.az saytına, (+99450) 255-01-96 qaynar xəttinə və ya müştəri menecerlərinə müraciət etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
22 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
25 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 27 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























