“AcessBank”da vəziyyət müsbətə dəyişir - GƏLİR ARTIR, MƏNFƏƏT YARANIR
Son 2 rübdür "AccessBank"ın gəlirləri xərclərini üstələyir, əməliyyat mənfəəti əldə edir. Eyni zamanda, Bankın faiz gəlirlərinin artması diqqəti çəkir.
100% xarici kapitallı bank “AcessBank” QSC 2019-cu ilin 1-ci yarısına dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 30 iyun 2019-cu il tarixində “AccessBank” 811 milyon 647 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 473 milyon 349 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində “AccessBank” 878 milyon 688 min manat cəmi aktivlərə və 542 milyon 488 min manat müştərilərə verilmiş xalis kreditlərə malik idi.
BANKDA DEPOZİTLƏR KƏSKİN ARTIB
Cari ilin İyun ayının sonunda “AccessBank”ın cəmi öhdəlikləri 715 milyon 4 min min manat, o cümlədən depozitlər 615 milyon 350 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 822 milyon 119 min manat, o cümlədən depozitlər 501 milyon 138 min manat təşkil etmişdi. İlk 6 ayda depozitlər 114 milyon 212 min manat və ya 22,8% artıb.
MƏCMU KAPİTALI 2 DƏFƏDƏN ÇOX ARTIB
İyunun sonunda “AccessBank” 96 milyon 643 min manat cəmi balans kapitalına, 76 milyon 685 min manat məcmu kapitala malik olub. 2018-ci ilin sonunda Bank 56 milyon 569 min manat cəmi balans kapitalına və 30 milyon 28 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın artmasının səbəbi “AccessBank”a yeni səhmdarların cəlbilə nizamnamə kapitalının artırılmasıdır.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLDƏ EDİB
2019-cu ilin yanvar-iyun dövründə “AccessBank”ın cəmi gəlirləri 70 milyon 149 min manat (46 milyon 101 min manatı faiz və 24 milyon 48 min manatı qeyri-faiz), cəmi xərcləri isə 54 milyon 430 min manat (24 milyon 298 min manatı faiz və 30 milyon 132 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Nəticədə Bank 15 milyon 719 min manat əməliyyat mənfəəti əldə edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “AccessBank”ın 43 milyon 390 min manat cəmi gəlirinə qarşı cəmi xərcləri 61 milyon 258 min manat təşkil etmişdi və nəticədə 17 milyon 868 milyon xalis əməliyyat zərəri yaranımışdı. 2018-ci ilin yekununda isə “AccessBank”ın 32 milyon 994 min manat xalis əməliyyat zərəri yaranmışdı.
O cümlədən, 2018-ci ilin 1-ci yarısında “AccessBank” 43 milyon 390 min manat faiz gəlirləri əldə etmişdi, 5 milyon 358 min manat qeyri-faiz zərəri yaranmışdı. Bu ilin eyni dövründə faiz gəlirlərinin artması və Bankınn qeyri-faiz gəliri əldə etməsi diqqəti çəkir.
DAHA DAYANIQLI OLMAQ ÜÇÜN EHTİYAT YARADIR
“AccessBank” 2019-cu ildə də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmanı davam etdirib. 2019-cu ilin 1-ci yarısında ehtimal olunan kredit itkiləri üçün ehtiyata 102 milyon 249 min manat da ayrılıb. Bu ayırma ilə əlaqədar olaraq, Bank ilk 6 ayı 86 milyon 530 min manat zərər ilə bağlayıb. Qeyd edək ki, ayırmanın böyük hissəsi “AccessBank”ın 258 milyon 718 min manat nizamanmə kapitalı hesabına təmin edilib.
Qarşıdakı dövrdə problemli kreditlərin qaytarılması ilə ehtiyata ayırmanın geri qayıdacağı gözlənilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə


















