Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13 fevral 2026-cı il tarixində EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan edib. Bu ilki müsabiqənin qalibləri Berry Blues by We Grow şirkətinin təsisçiləri İlyas Əhmədov və Mehri Əhmədova olublar.

Qaliblər Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcək və dünyanın ən yenilikçi və əzmkar iş adamları ilə “Dünya üzrə İlin İş Adamı” adı uğrunda yarışacaqlar.

Reklam_3_11

Azərbaycanın sahibkarları arasında artıq yeddinci ildir ki keçirilən bu müsabiqə ABB-nın baş sponsorluğu ilə təşkil olunur. Müsabiqənin digər sponsoru bp şirkətidir. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) proqramın tərəfdaşlarıdır. Müsabiqənin media tərəfdaşı Finansist jurnalıdır. 

Müsabiqənin qalibi işgüzar aləmin nüfuzlu nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 19 namizəd arasından seçilib. Qiymətləndirmə sahibkarlıq ruhu, məqsəd, təsir və inkişaf kimi dörd əsas meyar əsasında aparılıb.

Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər:

• Enerji keçidi həlləri - Orxan Məmmədov, Green Life Enginnering

• Ən yaxşı müştəri həlli - Rüfət Babakişiyev, Crocusoft

• Ətraf mühitə töhfə - Samir Kərimov, Apar

• İnnovasiya - Ülvi Aslanov, Code Academy

• Kənd təsərrüfatında inkişaf - Müşfiq Hüseynov, AZSAFFRON

•Qadın sahibkarlığı - Günay Mustafayeva, MedLife Hospital

• Regional inkişaf - Bəxtiyar Hüseynov, Eel Electric

Bundan əlavə, EY İlin İş Adamı proqramına mühüm töhfələrə görə xüsusi mükafat Times Consulting şirkətinin təsisçisi Elqar Bağırova təqdim edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da 

EY İlin İş Adamı müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, onların liderlik bacarıqları və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır.

“EY İlin İş Adamı” müsabiqəsi bu gün dünyanın 75-dən çox ölkəsində təşkil edilir. Proqram idarəetmə bacarığı, qətiyyət, innovativ düşüncə və digər mühüm keyfiyyət və səriştələri özündə birləşdirən sahibkarları təqdir edir.  

Proqram haqqında daha ətraflı məlumat üçün bu linkə keçid edin: www.eoy.az

17.02.2026 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18