"Makronun axmaqlığına qısa müddət ərzində cavab verəcəyik"
ABŞ Prezidenti Donald Tramp, Fransanın ABŞ şirkətlərinə də təsir edəcək böyük texnologiya şirkətlərinə yeni vergi tətbiq edilməsi qərarına, "Makronun axmaqlığına qısa müddət ərzində cavab verəcəyik" şəklində reaksiya göstərib.
"Marja" xəbər verir ki, Tramp, "Twitter" vasitəsilə verdiyi açıqlamada, Fransanın böyük texnologiya şirkətlərinə tətbiq etdiyi yeni vergini tənqid edib və Fransa Prezidenti Emmanuel Makronu hədəf alıb.
Donald Tramp bu ifadələri işlədib:
"Fransa, böyük Amerika texnologiya şirkətlərimizə yeni vergi tətbiq edib. Bu şirkətlərdən vergi almaq lazım olsaydı, öz ölkələri ABŞ alardı. Makronun axmaqlığına qısa müddət ərzində cavab verəcəyik. Hər zaman Amerika şərabının Fransız şərabından daha yaxşı olduğunu demişəm".
FRANSADAN TEXNOLOGİYA ŞİRKƏTLƏRİNƏ YENİ VERGİLƏR
Fransa Milli Məclisi, Google, Apple, Facebook, Amazon kimi internet nəhənglərinin ölkədə əldə etdiyi gəlirdən vergi ödəmələrini nəzərdə tutan qanun layihəsini 11 İyulda qəbul etmişdir.
Qanuna görə, internet nəhəngləri Fransada əldə etdiyi gəlirdən 3 faiz vergi ödəyəcəklər.
Vergi, dövriyyəsi qlobal miqyasda 750 milyon avro və Fransa daxilində 25 milyon avrodan yüksək olan şirkətlərə tətbiq olunacaq.
Google, Amazon, Facebook, Apple, Instagram başda olmaqla 30 civarında şirkətə tətbiq olunacaq verginin Fransaya bu il 400 milyon avro, gələn il isə 650 milyon avro gəlir gətirməsi gözlənilir.
Analitiklərin sözlərinə görə, ABŞ hökuməti yaxın vaxtlarda Parisin Amerika şirkətlərinə qarşı "rəqəmsal vergi" tətbiq etməsi ilə əlaqədar cavab tədbirləri görəcək ki, bu da çox güman ki, Fransanın şərabçılıq sahəsinə aid olacaq.
France just put a digital tax on our great American technology companies. If anybody taxes them, it should be their home Country, the USA. We will announce a substantial reciprocal action on Macron’s foolishness shortly. I’ve always said American wine is better than French wine!
— Donald J. Trump (@realDonaldTrump) July 26, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























