970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb

AzVak-mobil_resmin_ustu_31
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Marja xəbər verir ki, iclasda Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar geniş təqdimatla çıxış edib.

Bildirilib ki, ötən il dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu istiqamətdə 13 altsistemdən ibarət “Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sistemi yaradılaraq Əsasnaməsi təsdiq olunub. Sistem çərçivəsində artıq “e-müqavilə”, “e--rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” modulları istifadəyə verilib.

Sahil Babayev qeyd edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib. Eyni zamanda bildirilib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. O cümlədən, hazırda ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə təmin edildiyi vurğulanıb.

Nazir bildirib ki, hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb.

İş elanları AzVak.az-da

Azərbaycan dövlət büdcəsi 2025-ci il dövlət büdcəsi dövlət büdcəsinin icrası 2025 dövlət büdcəsinin icrası Milli Məclis İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi Sahil Babayev maliyyə naziri Sahil Babayev Maliyyə Nazirliyi dövlət maliyyəsi dövlət maliyyəsinin idarə edilməsi Rəqəmsal Dövlət Maliyyəsi Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi dövlət maliyyəsində islahatlar büdcə islahatları elektron büdcə e-müqavilə e-rüsum büdcə məlumat idarəetmə elektron büdcə bələdçisi dövlət müəssisələrinin rəqəmsal monitorinqi dövlət xəzinədarlığı xəzinədarlıq sistemi büdcə xərcləri büdcə gəlirləri xəzinə müşayiəti risk əsaslı nəzarət 2025 büdcə hesabatı Azərbaycan iqtisadiyyatı dövlət maliyyə sistemi.
09.06.2026 12:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19