PAŞA Bankdan yeni Onlayn Bank xidməti
PAŞA Bank müştərilər ilə bərabər onlar üçün yaradılmış yeni Onlayn Bank həllini istifadəyə verib.
PAŞA Bank “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni innovativ Onlayn Bank xidmətini təqdim edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Onlayn Bank xidmətinin hazırlanması prosesi ərzində müştərilərlə 150-dən artıq müsahibə və 200-dən çox real istifadəçi testləri keçirilmiş, 5 fokus qrupları təşkil edilmişdir. Bu görüşlər ərzində müştərilərin gündəlik bank əməliyyatlarında üzləşdikləri əsas çətinliklər müəyyən edilmiş və yeni həllin yaradılmasında onlar nəzərə alınmışdır.
Maksimal rahatlıq və sürət üçün dizayn edilmiş yeni Onlayn Bank xidməti sayəsində hesab üzrə əməliyyatların, çıxarışların əldə edilməsi və ödənişlərin optimallaşdırılması ilə yanaşı, ölkədə ilk dəfə olaraq əmək haqqı kartlarının onlayn sifarişi istifadəyə verilmişdir. Bu həllin təqdim edilməsində əsas məqsəd istifadəçilər üçün gündəlik bank əməliyyatlarını tez və rahat şəkildə Banka yaxınlaşmadan həyata keçirmək imkanı yaratmaqdır.
Yeni Onlayn Bank xidmətində:
-Tamamilə yeni formatda hazırlanmış və sosial şəbəkələrin xəbərlər bölməsini xatırladan “Əsas səhifə” vasitəsilə Müştəri ən son bank əməliyyatları üzrə atılmalı addımlar və yeniliklər haqqında mütəmadi məlumat alır;
-Qarşı tərəfin adı və digər parametrləri əsasında bütün ödənişlərin sürətli axtarışı və yenidən icrası həyata keçirilir;
-Tez-tez aparılan ödənişlər üzrə rekvizitləri yadda saxlayaraq gələcək müvafiq ödənişləri daha çevik və avtomatlaşdırılmış formada icra etmək mümkündür;
-Ödənişlərin yaradılması zamanı ödənişə müqavilə və invoysları əlavə etməklə beynəlxalq və ölkə-daxili ödənişlər vaxta qənaət edərək dəfələrlə daha sürətli icra edilir;
-Bir neçə hesab üzrə çıxarışların birdəfəyə yüklənməsi və digər imkanlardan yararlanmaq mümkündür.
PAŞA Bankın Sədri və Baş icraçı direktoru Taleh Kazımovun sözlərinə görə Bankın rəqəmsal məhsul və xidmətlərinin hazırlanması Müştərilərin fəal iştirakı ilə həyata keçirilir, nəticədə onların ehtiyaclarına uyğun innovativ məhsullar ərsəyə gətirilir.
“PAŞA Bank 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində 2020-ci ilin sonunadək Azərbaycanın ilk rəqəmsal bankı olmağı planlaşdırır. Xidmət və məhsulların rəqəmsallaşdırılması gündəmdə olan ən aktual məsələdir. PAŞA Bankda aparılan transformasiya işləri çərçivəsində yeni Onlayn Bank xidməti Müştərilərin istifadəsinə verilmişdir. Bu xidmətdən hazırda 1100-dən artıq hüquqi şəxs və fərdi sahibkar Müştərilərimiz istifadə etməkdədir. Onu da qeyd edim ki, bu Müştərilərin əksəriyyəti yeni Onlayn Bank xidmətinin səviyyəsini çox yüksək qiymətləndirmişdir, bu isə transformasiya səylərimizin düzgün istiqamətdə aparıldığının önəmli göstəricisidir” - deyə T. Kazımov fikrini tamamlamışdır.
Onlayn Bank xidmətindən istifadə etmək üçün: https://pashabank.digital/login.html#/
PAŞA Bank Müştərisi olmaq üçün: https://onboarding.pashabank.digital/login.html#/
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
-
18 d. əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
50 d. əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
1 saat əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
1 saat əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti


















