"Unibank" və "Rabitəbank" arasında razılaşma - BANK SEKTORUNDA YENİLİK
"Rabitəbank" və "Unibank" birgə sindikatlaşdırılmış kreditlər vermək haqqında qərar qəbul edib.
Unibankdan "Marja"ya daxil olmuş məlumata görə, bununla bağlı bank rəhbərləri arasında birgə sindikatlaşdırılmış kreditlərin verilməsini nəzərdə tutan “Niyyət protokolu” imzalanıb.
Sindikatlaşdırılmış kredit adətən biznes müştərilərinə iki və daha artıq bank tərəfindən ayrılan kreditdir. Bu cür əməkdaşlıq nəticəsində hər iki bank öz biznes müştərilərinin ehtiyaclarını daha geniş həcmdə qarşılamaq iqtidarında olacaq. Bununla da müştərilər ücün daha böyük həcmli və daha uzun müddətli inkişaf planları həyata kecirmək imkanları yaradılacaq. Bu cür kreditlərin digər məqsədi böyük məbləğdə kredit vəsaitləri ilə bağlı risklərin iştirakçı banklar arasında bölüşdürülməsidir. Bu gün bazarda biznes sahiblərinin böyük həcmli kreditlərə tələbatını qarşılamaq üçün sindikatlaşdırılmış kreditlərə çox ehtiyac var. Bu baxımdan Unibank və Rabitəbank arasında bu istiqamətdə başlanan əməkdaşlıq həm biznes sahibləri, həm də bank sektorunda aktivliyin artması baxımından çox faydalı olacaq.
“Unibank” KB ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib:
“Dünya bank bazarında geniş tətbiq olunan bu kredit məhsulunun ölkəmizdə də istifadəsini təcrübədən keçirən ilk banklar siyahısında olmaq çox xoşdur. Bu əməkdaşlıq bizə daha böyük biznes layihələrini birgə maliyyələşdirməyə, biznesin ehtiyac duyduğu böyük pullara tələbatın qarşılanmasına imkan yaradacaq. İnanıram ki, müstəqil Azərbaycan bankçılığında böyük təcrübəyə malik iki bank - Unibank və Rabitəbankın böyük biznes layihələrini dəstəkləməsi, bank sektorunda yeni trendlər yaradacaq.
"Rabitəbank" ASC İdarə Heyətinin sədri Elçin Qədimov da hesab edir ki, böyük məbləğdə kreditlərin ayrılması zamanı risklərin tərəfdaş banklar arasında bölüşdürülməsinə imkan verən sindikatlaşdırılmış kreditlər, ölkəmizdə böyük biznesin inkişafı istiqamətində daha bir töhfə olacaq: “Azərbaycanın zəngin bankçılıq ənənələrinə malik iki bankının bu əməkdaşlığı, bizneslər üçün iri həcmli maliyyə vəsaitlərini daha da əlçatan edəcək. Sindikatlaşdırımış kredit, sahibkar üçün daha böyük həcmdə layihələrin həyata kecirilməsi imkanlarının artması ilə yanaşı, ümumi iqtisadi inkişafa və məşğulluğun artmasına da dəstək olacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
42 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
48 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
51 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















