Abdolbari Goozala Nazirlikdə vəzifə verildi
“Azərsun Holding”in rəhbəri Abdolbari Goozal Aqrar Məşvərət Şurasının sədri seçilib
Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini, Prezident İlham Əliyevin nazirliyin qarşısında ciddi vəzifələr qoyduğunu deyib. Nazirlik bu vəzifələri reallaşdırmaq məqsədilə işini fermerlərə yaxın olmaq, şəffaflığı təmin etmək və innovativ texnologiyaların tətbiqi prinsipləri üzərində qurur. Bu məqsədlə rayonlarda fermerlərlə görüşlər keçirilir, Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermerlər və Koordinasiya Şuralarının yaradılır, assosiasiyalarla mütəmadi müzakirələr aparılır.
Nazir bildirib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimovun sözlərinə görə, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.
Toplantıda iştirak edən “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Səba Qrup” şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir İnam Kərimov bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.
“Azərsun Holding”in prezidenti Abdolbari Goozal bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. İnkişaf etmiş ölkələrdə bu cür qurumların fəaliyyət göstərdiyini xatırladan “Azərsun Holding”in prezidenti qeyd edib ki, Şurada təmsil olunan şirkətlər aqrar sahənin daha da inkişaf etdirilməsi yollarını birlikdə tapmalı, regionda rəqabətə davamlı məhsulların istehsalında birgə iştirak etməlidir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib.
İştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Goozal Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Nazir İnam Kərimov Katiblik tərəfindən yaxın bir ay ərzində Aqrar Məşvərət Şurasının Əsasnaməsinin hazırlanacağını deyib. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























