“Rabitəbank” daha da böyüdü - GƏLİRLƏRİ ARTIB
“Rabitəbank” ASC 2018-ci ilin birinci yarısını 311 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısını 421 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” xəbər verir ki, “Rabitəbank”ın faiz gəlirləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 44,2% artaraq 17 milyon 483 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 12 milyon 121 min manat faiz gəliri əldə etmişdi. Bankın qeyri-faiz gəlirləri isə 42,8% azalaraq 4 milyon 463 min manat düşüb. “Rabitəbank” 2017-ci ilin birinci yarısında 7 milyon 804 min manat qeyri-faiz gəliri əldə etmişdi.
Ötən ilin birinci yarısında 10 milyon 556 milyon manat olan cəmi xalis gəlirlər cari ilin birinci yarısında 11 milyon 333 milyon manata yüksəlsə də, artan inzibati xərclərə və ehtiyatlara ayırmalar ilə əlaqədar olaraq xalis mənfəət bir qədər azalıb.
İnzibati xərclər 5 milyon 452 min manatdan 7 milyon 343 min manata çıxıb. Eyni zamanda “Rabitəbank” ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatlara 3 milyon 678 min manat ayırıb (ötən ilin birinci yarısında 4 milyon 683 min manat ayırmışdı).
“Rabitəbank”ın kredit portfeli ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin eyni dövründə 36,7% artaraq 263 milyon 344 min manata yüksəlib. Bank 30 İyun 2017-ci il tarixində 192 milyon 590 min manat kredit portfelinə malik idi.
Banklararası kreditlər və depozitlər isə 2,6 dəfə artaraq 144 milyon 446 min manata yüksəlib. Balansın bu maddələri üzrə artım nəticəsində “Rabitəbank”ın cəmi aktivləri 6,7% artaraq 30.06.2018-ci il tarixində 712 milyon 492 min manata çatıb. Bank 30.06.2017-ci il tarixində 667 milyon 857 min manat cəmi aktivlərə malik idi.
"Rabitəbank"da müştərilərin cari hesabları və müştərilərin müdddətli depozitləri də artıb. Müştərilərin cari hesabları 16% artaraq 314 milyon 805 min manata, müştərilərin müdddətli depozitləri isə 11,4% artaarq 219 milyon 722 min manata çatıb.
"Rabitəbank" 30 İyun 2018-ci il tarixində 99 milyon 940 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən təxminən 2 dəfə çoxdur.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
35 d. əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 41 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
50 d. əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
54 d. əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
1 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb



















