Dünya birjaları 4,2 trilyon dollar "əridi"
Qlobal bazarlarda - istiqraz bazarındakı çalxalanma, ticarət müharibəsi narahatçılıqları və geosiyasi risklərin təsirləri ilə çətin bir il keçir.
Yanvarın sonundan mayın axırına qədər keçən müddətdə dünya birjalarının dəyəri 4,2 trilyon dollar "əriyib". Ən çox itki isə 563,4 milyard dollarla "ticarət müharibəsinin" baş aktyorlarından Çin birjasında baş verib.
Maliyyə bazarlarında, ABŞ-da prezident kürsüsünə oturan Donald Trampın qərarları, ABŞ və Şimali Koreya arasındakı siyasi gərginlik və Brexit prosesinin rəsmi olaraq başlanması kimi mühüm çətinliklərin yaşandığı 2017-ci ildən sonra, investorlar 2018-ci ilin ilk yarısında da "çətin" bir ilə işarə edən hadisələrlə qarşı-qarşıya qaldılar.
Yeni ilə qədəm qoyulmasının ardından ABŞ ilə Çin arasında gömrük vergiləri yolu ilə başlamış "ticarət müharibəsi", istiqraz faizlərində baş verən sürətli yüksəliş və gündəmdən düşməyən geosiyasi risklər bazarlarda oynaqlığın artmasın səbəb oldu. Bütün bunların nəticəsində birjaların bazar qiymətində də azalmalar baş verib.
"Marja" xəbər verir ki, Dünya Birjalar Federasiyasının (WFE) məlumatlarına görə, Yanvarın sonunda 89 trilyon 831 milyard 194 milyon dollar olan dünya birjalarının dəyəri, mayda 85 trilyon 583 milyard 232 milyon dollara geriləyib.
Sözügedən prosesdə dünya birjalarının dəyəri 4,7 faiz azalarkən, bu da 4 trilyon 247 milyard 962 milyon dollarlıq "əriməyə" işarə edir.
ABŞ BİRJALARI DƏYƏRİNƏ DƏYƏR QATIB
Dünya birjaları arasında Yanvarın sonundan mayın axırına qədər ötən müddətdə bazar dəyəri ən çox düşən birja Çində Şanxay birjası olub. Bu dövrdə Şanxay birjasının dəyəri 5 trilyon 569 milyard 909 milyon dollar səviyyəsindən 5 trilyon 5 milyard 477 milyon dollara geriləyib.
Şanxay birjasından sonra dəyəri ən çox düşən birja Paris, Brüssel və Amsterdam birjalarının birləşməsi ilə yaradılan və mərkəzi Parisdə yerləşən "Euronext" olub. "Euronext"in dəyəri, sözügedən dövrdə 7,2 faiz azalaraq 4 trilyon 357 milyard 785 milyon dollara geriləyib.
"Japan Exchange Group"un bazar dəyəri isə 4,6%-lik azalma ilə 6 trilyon 219 milyard 793 milyon dollara düşüb.
Bazar dəyərini ən çox artıranlar siyahısında ilk iki yeri isə ABŞ-ın Nyu York və Nasdaq birjaları tutur. Həmin birjaların dəyəri Yanvarın sonundan mayın axırına qədər keçən 4 aylıq dövrdə müvafiq olaraq 362,4 milyard dollar və 106,3 milyard dollar artmışdır.
DÜNYANIN ƏN BÖYÜK BİRJASI
Dünya birjaları arasında ən böyük bazar dəyərinə malik Nyu York Birjası yerini qoruyub. Yanvarın axırında 22 trilyon 755 milyard 496 milyon dollarlıq böyüklüyə malik olan Nyu-York Birjası, mayın sonunda böyüklüyünü 1,6 faiz artıraraq 23 trilyon 117 milyard 81 milyon dollara qaldırıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bu dövrdə Nasdaq OMX-in bazar dəyəri 1 faiz artaraq 10 trilyon 929 milyard 638 milyon dollara çatıb.
Bazar dəyəri böyüklüyü baxımından dünya birjaları arasında üçüncü yerdə 6 trilyon 219 milyard 793 milyon dollarla "Japan Exchange Group"dur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 28 d. əvvəl
-
37 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
40 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)





