Bank sirri ləğv edildi, borcunuzu yad adamlar öyrənə bilər
Kredit büroları vətəndaşların borlcarı barədə məlumatları əldə edə biləcəklər.
Banklar haqqında qanuna bir sıra yeni dəyişikliklər edilmişdir. Dəyişiklillər əsasən qanunun 2 maddəsini 35 (Banklar arasında münasibətlər) və 41-ci (Bank sirri) maddələri əhatə edir.
Tanınmış hüquqşünas Pərviz Məmmədov "Marja"ya bildirdi ki, dəyişiklilərin əsas məğzi ondan ibarətdir ki, borcalanlar barədə məlumatlar təkcə Mərkəzləşmiş Kredit Reyestrində deyil, həm də kredit bürolarında toplanılacaq. Həmçinin Bank sirri maddəsinə edilmiş dəyişikliyə əsasən borcalanlar barədə məlumatların Kredit bürolarına verilməsi bank sirrinin yayılması hesab edilməyəcəkdir:
"Edilmiş dəyişikliyin digər bir maraqlı cəhəti isə onda ibarətdir ki, 35.4-cü maddədən “Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur” cümləsi çıxarılmışdır və bu da öz növbəsində borcalanlar barəsində, Mərkəzləşmiş Kredit reyestrində olan məlumatları əldə etməyə hüquq olan şəxslərin dairəsinə olan məhdudiyyət qaldırılmışdır. Əgər qadağan olunmursa, banklar və bank olmayan kredit təşkilatları
Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilir".
35.4-cü maddənin əvvəlki redaksiyada olan məzmunu belə idi:
35.4.Banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.
Maliyyə bazarlarına nəzarət orqanının icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər.
Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.
Həmin maddənin yeni redaksiyada verilən məzmun isə belədir:
35.4. Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
"Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilər və gələcəkdə müxtəlif məhkəmə mübahisələrinə yol aça bilər",- hüquqşünas əlavə etdi.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
6 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
6 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
7 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib

























