"Paşa Bank"ın törəməsinin kredit reytiniqi təsdiq edilib
Fitch" beynəlxalq reytinq agentliyi "Paşa Bank" ASC-nin Türkiyədəki törəməsi "Pasha Yatırım Bankası"nın uzunmüddətli kredit reytiniqini "BBB+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində təsdiq edib.
Agentliyin yaydığı məlumata görə, Türkiyə bankının reytinqi, onun səhmlərinin 99,92%-nə nəzarət edən "Paşa Bank"ın ona dəstəyi əsasında müəyyən edilib.
Xatırladaq ki, "Fitch" Azərbaycan bankının reytinqini "B+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində müəyyən edib.
Agentlik "Paşa Yatırım Bankası"nın uzunmüddətli defolt reytinqini isə Bankın daxili gücünü nəzərə almaqla "B+" səviyyəsində, həyat qabiliyyətlilik reytinqini isə "b+" səviyyəsində təsdiqləyib. Bankın Türkiyədəki digər emitentlərə qarşı kredit qabiliyyətlilik gücündə isə dəyişiklik olmayıb.
"Fitch" həmçinin bəyan edib ki, "Paşa Yatırım Banksı" 2020-ci ilə qədər aktivlərini 2 dəfədən çox artıraraq 1,8 mlrd. lirəyə (473 mln. ABŞ dollarına) çatdırmağı planlaşdırır. Bu rəqəm 2017-ci ilin III rübünün yekununda 799 mln. lirə (210 mln. dollar) təşkil edib.
"Bankın Yeni aqressiv strategiyası onun enerji, turizm və inşaat kimi riskli sektorlara daxil olmasına gətirib çıxaracaq. Hazırda "Paşa Yatırım Bankası"nın problemli kreditlərinin xüsusi çəkisi 0% təşkil edir. Bankın sürətli inkişafı və orta ölçülü şirkətlərə meyllənməsi kredit portfelinin keyfiyyətinin bir qədər azalmasına səbəb ola bilər", - deyə agentliyin məlumatında qeyd olunub.
Xatırladaq ki, "Paşa Yatırım Bankası" depozit qəbul etmək lisenziyasına malik deyil. Bu da onu əsas səhmdarından asılı vəziyyətdə saxlayır. "Fitch" Bankın əsas kapital əmsalını (FCC) ötən il oktyabrın 1-nə 34% səviyyəsində qiymətləndirib. Buna səbəb, "PAŞA Bank"dan transfer edilən ilkin kapital olub.
© Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat sonra
-
-
9 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
10 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















