2020-nin əvvəlində “Abşeron”dan qaz hasilatına başlayacaq
Fransanın TOTAL şirkəti 2020-ci ilin əvvəlində “Abşeron” yatağından ilk qaz hasilatına başlamağı planlaşdırır.
"“Abşeron” yatağından ilk qaz hasilatına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan sutkada 4,3 mln. kubmetr qaz və 12 min barel kondensat hasilatı nəzərdə tutulur", - deyə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsinə (ƏMSSTQ) dair hesabatda qeyd olunur.
Xatırladaq ki, TOTAL bu ilin mart ayında “Abşeron” yatağındakı ilk quyuda (ABD-001) qazma işlərinə başlamağı planlaşdırır. Qazma işləri 2019-cu ilin mart ayında yekunlaşacaq.
Quyu dənizin 450 metr dərinliyində qazılacaq.
Birinci mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.
TOTAL 2018-ci ilin mart ayında “Abşeron” yatağında ilk quyunun qazma işlərinə başlayacaq
Fransanın TOTAL şirkəti 2018-ci ilin mart ayında “Abşeron” yatağında ABD-001 quyusunun qazma işlərinə başlamağı planlaşdırır.
“2018-ci ilin mart ayında ABD-001 quyusunun qazma işlərinə başlanacaq və 2019-cu ilin mart ayında başa çatacaq. Ümumilikdə qazma işləri 379 gün davam edəcək. Qazma işləri H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçiriləcək”, - çərşənbə axşamı dərc olunan şirkətin “Abşeron” yatağında ABD-001 qaz-kondensat quyusunun qazılmasına dair Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədində qeyd olunur.
Xəbər verildiyi kiimi, quyu suyun 450 metr dərinliyində qazılacaq. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir.
“Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. Yataqdan qaz hasilatına 2019-cu ilin sonunda başlanması planlaşdırılır. Hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.
TOTAL 2018-ci ilin ortasında “Abşeron” yatağında qaz hasilatı üçün hasilat platformasının tikintisinə başlayacaq
“Cari ilin ortasında hasilat platformasının inşası üzrə işlərə başlanılacaq. Ümumilikdə, 2018-ci ilin ortasından 2019-cu ilin sonuna kimi platformanın tikintisi və onun “Neft Daşları” yatağındakı infrasturktura birləşdirilməsi planlaşdırılır”, - Sənəddə qeyd olunur.
Şirkətin məlumatına görə, platforma Azərbaycanda meydançada yığılaraq dənizdə quraşdırılacaq.
Paltformanın elektrik enerjisi ilə təchizatı “Neft Daşları” yatağında müvafiq obyektlər hesabına həyata keçiriləcək.
“Platformada daimi məşəl nəzərdə tutulmayıb, meydana gələn çirkab suları isə “Neft Daşları” yatağının qurğularında ayrılaraq “Günəşli” yatağının dayazsulu hissəsində qatlara vurulacaq”, - sənəddə qeyd edilir.
Şirkət layihə çərçivəsində 2018-ci ilin ortasından “Abşeron” yatağından sahilə qaz tədarükü üçün qaz kəmərinin tikintisi planlaşdırılır. “Qaz kəmərinin tikinti işlərini 2019-cu ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır. “Tikinti işləri "İsrafil Hüseynov"boru kəməri çəkəngəmivə “Azərbaycan” kran gəmisindən istifadə olunmaqla həyata keçiriləcək”, - şirkətin materiallarında deyilir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
20 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 21 saat əvvəl
-
23 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
23 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı





























