“Azərenerji”yə pis diaqnoz qoyuldu
"Dövlətin indiki maliyyə dəstəyi olmasa, “Azərenerji” borclarını ödəyə bilməyəcək"
“Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük.
Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin qərarı ilə 2018-2025-ci illər ərzində Azərbaycan hökuməti “Azərenerji”yə xarici valyutada öhdəliklərinin yerinə yetirilməsi üçün əlavə kapital inyeksiyası həyata keçirəcək.
Bildirilir ki, bu günə qədər hökumət “Azərenerji”nin likvidlik çatışmazlığının aradan qaldırılması və faiz ödənişlərinin həyata keçirilməsinə dəstək olub.
“Belə başa düşürük ki, Azərbaycan hökuməti ehtiyac olarsa, 2018-ci ildə şirkətin borclarının və faiz ödənişlərini yerinə yetirilməsi üçün büdcədə şirkətə kifayət qədər maliyyə inyeksiyası nəzərdə tutub. İnanırıq ki, Maliyyə Nazirliyi “Azərenerji”nin borclarının ödənilməsinə yaxından nəzarət edir və “Azərenerji” də öz növbəsində digər dövlət qurumları kimi hökumətin təsdiqi olmadan yeni borclanmalara getmir. Hökumətin şirkətə cari borclarını ödəməkdə maliyyə yardımı etməsinə və ödənişlərin toplanmasına nəzarət etməsinə baxmayaraq, hələ də “Azərenerji”də yüksək borclanma var və kapital xərclərinin maliyyələşdirilməsi məsələsi hələ də qeyri-müəyyəndir. Bun görə də biz şirkətin reytinqini Azərbaycanın reytinqinə bərabər tutmuruq. Əksinə, “Azərenerjinin” reytinqi bir qədər də aşağı salına bilər,” – deyə məlumatda qeyd olunub.
Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin reytinqi üzrə proqnozun neqativ olması hökumətin şirkətə uzunmüddətli strategiya çərçivəsində maliyyə dəstəyi göstərib-gəstərməyəcəyi ilə bağlı qeyri-müəyyənliyi əks etdirir:
“Xüsusilə biz neqativ proqnozda böyük investisiya proqramının maliyyələşdirilməsi, “Azərişıq” tərəfindən davamlı olaraq ödənişlərin yığılması, tariflər və ümumilikdə, hökumətin şirkətin yüksək borclanmasına davamlılığı məsələsini əsas götürmüşük. Şirkətin dövlətin zəmanəti olmadan yeni borclanmaya getməsi, fikrimizcə, hökumət dəstəyinin azalması mesajını ötürəcək. Bundan başqa, “Azərenerji”nin likvidlik mövqeyinin yoxlanması və likvidlik çatışmazlığının aradan qaldırılması üçün maliyyə dəstəyi təminatı üzrə hökumətin mexanizmlərinin zəifləməsi də şirkətin reytinqini təzyiq atında qoya bilər. Düşünürük ki, yaxın müddətdə şirkətin strukturu və aktivlərinin tərkibi dəyişməyəcək. Əgər hökumətin şirkətə dəstəyinin zəiflədiyini hiss etsək, “Azərenerji”nin reytinqi aşağı salınacaq”.
Xəbər verdiyimiz kimi, “Standard&Poors” Beynəlxalq Reytinq Agentliyi “Azərenerji” ASC-nin uzun və qısamüddətli korporativ kredit reytinqini “BB/B” səviyyəsində təsdiq edib.
Agentliyin ölkənin əsas enerji istehsalçısının reytinqi üzrə proqnozu isə "neqativ"dir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
20 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
21 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
22 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























