Nazir: Azərbaycanda artıq işçilər var
"Bu gün Azərbaycanda izafi işçi qüvvəsi mövcuddur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq İşçi Qrupunun apardığı tədqiqatlar göstərir ki, əvvəlki onillikdə mövcud olmuş işçi qüvvəsinin orta gəlirli iş yerləri ilə təmin olunmasını təmin etməliyik:
"Ölkədə iqtisadi şəraitin son dərəcədə yaxşılaşması nəticəsində doğumun sürətlə artması və həmin doğmuş gənc insanların bir neçə ildən sonra əmək bazarına qədəm qoyması, Strateji Yol Xəritələrində nəzərdə tutulan açılmalı olan iş yerlərinin sayından xeyli çoxdur. Həmin o artıqlığı müəyyən proqramlarla - frilanser fəaliyyəti, ailə özünüməşğulluğu, icma özünüməşğulluğu və digər proqramlarla təmin etmək olar. Eyni zamanda, bu gənclərin ixtisasını artırmaq, ali və orta ixtisas təhsilinin səviyyəsinin yüksəldilməsi yolu ilə beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli işçi qüvvəsinə çevrilməsini təmin etmək olar. Bu yolla ölkədə əmək bazarına daxil olan və getdikcə sayı artan içi qüvvəsinin işlə təmin olunmasını həyata keçirmək olar.
Ölkədə insanlarımızın orta ömür müddəti artır. Buna uyğun olaraq pensiya yaşı da tədricən qaldırılır. Bu da insanlarımızın əmək qabiliyyətli yaş dövrünü artırır. Yəni, eyni vaxtda əmək bazarına iki tərəfdən təzyiq hiss olunur. Bu, əm əmək bazarına ilk dəfə daxil olan işaxtaran gəclərin sayının artması, həm də yaşa görə pensiya sisteminə daxil olan insanların sayının pensiya yaşının artırılması ilə əlaqədar azalması. Belə bir şəraitdə iş yerlərinin sayının artırılması, yəni əmək bazarında işçi qüvvəsinə olan tələbin artırılması müəyyən qədər çətinlik törədir. Bu tələbin artması yalnız investisiyaların qoyulması yolu ilə yeni iş yerlərinin yaradılması ilə həll oluna bilməz. Bunun üçün özünüməşğulluq proqramları, qısaldılmış iş günlərinin tətbiqi, müxtəlif növbələrdə işləyə bilən işçilərin hazırlanması lazımdır. Bu cür yollarla izafi işçi qüvvəsinin işlə təmin olunması üçün müəyyən tədbirlər həyata keçirilməlidir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
8 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)


.jpg)






