Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

Bank Respublika EBRD-nin Riqada keçirilən İllik Toplantısında növbəti mükafat qazandı!
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb.

Bu mükafat bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir.

Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş tutub. Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.

Qazanılan uğur Bank Respublika-nın beynəlxalq maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi qiymətləndirilə bilər.

Bank Respublika sahibkarlıq subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri hesab edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bank Respublika Bank Respublika mükafat Bank Respublika EBRD EBRD Avropa Yenidənqurma və İnkişaf Bankı EBRD Ticarətə Yardım Proqramı Trade Facilitation Programme TFP EBRD TFP Bank Respublika TFP Azərbaycanda ən fəal emitent-bank ən fəal emitent-bank emitent-bank Bank Respublika ən fəal emitent-bank Bank Respublika beynəlxalq mükafat Bank Respublika 2025 mükafat Bank Respublika dördüncü il ardıcıl mükafat ticarətin maliyyələşdirilməsi beynəlxalq ticarətin maliyyələşdirilməsi
10.06.2026 09:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19