Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb

AzVak-mobil_resmin_ustu_31
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Reklam_3_11

Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1.6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat təşkil edərək proqnozdan 10 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 milyard 350 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar  281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.

Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnoza qarşı 13 milyard 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96.6 faiz təşkil edir. Büdcənin icrası nəticəsində 2 milyard 990,5 milyon manat artıqlıq (büdcə profisiti) yaranıb.

2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri  isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.

İş elanları AzVak.az-da

dövlət büdcəsi dövlət büdcəsinin gəlirləri dövlət büdcəsinin xərcləri 2026 dövlət büdcəsi yanvar-may dövlət büdcəsi büdcə gəlirləri 2026 büdcə xərcləri 2026 dövlət büdcəsi proqnozu büdcə proqnozunun icrası dövlət büdcəsi proqnozu üstələyib büdcə gəlirləri 16 4 milyard manat dövlət büdcəsi 16 4 milyard manat büdcə icrası büdcə icrası 2026 xəzinə əməliyyatları xəzinədarlıq orqanları ödəniş tapşırıqları 501 min ödəniş tapşırığı Maliyyə Nazirliyi Dövlət Vergi Xidməti vergi daxilolmaları Dövlət Vergi Xidməti daxilolmaları gömrük daxilolmaları Dövlət Gömrük Komitəsi Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə daxilolmalar sair daxilolmalar Dövlət Neft Fondundan transfert SOFAZ transfertləri büdcə transfertləri dövlət büdcəsindən maliyyələşən təşkilatlar ödənişli xidmətlərdən daxilolmalar icmal büdcə icmal büdcənin gəlirləri icmal büdcənin xərcləri icmal büdcə 2026 Azərbaycanın dövlət büdcəsi
08.06.2026 10:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19