Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kibertəhlükəsizlik və İT infrastruktu üzrə regional VAD (əlavə dəyərli distribyutor) olan iIT Distribution (iITD) şirkəti Azərbaycanda yerli ofisin açıldığını elan edib. Şirkət Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında fəaliyyətini genişləndirərək yerli komandalar formalaşdırır və tərəfdaşlara daha güclü dəstək göstərir.

Azərbaycan bazarına daxil olmaq, şirkətin regional kibertəhlükəsizlik ekosisteminin inkişafına, inteqratorlarla əməkdaşlığın gücləndirilməsinə və qlobal texnologiyaların ölkənin dövlət və korporativ sektorunun tələblərinə uyğunlaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir. Müasir informasiya təhlükəsizliyi həllərinə tələbatın artması fonunda yerli ofisin olması şirkətə sorğulara daha operativ reaksiya verməyə, texniki konsultasiyalar göstərməyə və tərəfdaş proqramlarını inkişaf etdirməyə imkan yaradacaq.

Azərbaycan üzrə portfel və fəaliyyət istiqamətləri

iIT Distribution Azərbaycanda aparıcı beynəlxalq istehsalçıların həllərini təmsil edir. Bunlara CrowdStrike, Vectra AI, Cribl, Censys, Black Duck, GTB Technologies, Ping Identity və Labyrinth daxildir. Şirkət tərəfdaş şəbəkəsinin inkişafı, təlimlərin təşkili, texnologiyaların nümayişi və yerli kibertəhlükəsizlik layihələrinin dəstəklənməsi üzərində fokuslanacaq.

Ölkə ürə menecer (Country manager) təyinatı

Azərbaycan ofisinə 10 ildən artıq ümumi İT təcrübəsinə sahib olan Elnur Xəlilzadə rəhbərlik edir( LinkedIn ) Onun texnoloji həllərin tətbiqi, İT sistemlərinin idarə olunması, kibertəhlükəsizlik və "channel-first" yanaşma ilə distribusiya sahəsində bilikləri - şirkətin tərəfdaşlara dəstək vermək və yerli satış kanalını inkişaf etdirmək imkanlarını daha da gücləndirir. Elnur birmənalı strategiya yönümlü idarəetmə, qlobal vendorlarla əməkdaşlıq və layihələrin icrası üzrə zəngin təcrübəyə malikdir.

“iIT Distribution-un Azərbaycanda ofis açması bizim üçün mühüm addımdır. Məqsədimiz tərəfdaşlara daha yaxın olmaq, onların ehtiyaclarını daha dərindən anlamaq və həm dövlət, həm də biznes sektorunda kibertəhlükəsizliyi gücləndirən müasir texnologiyaların tətbiqinə dəstək göstərməkdir,” – deyə iIT Distribution Azerbaijan şirkətinin Ölkə üzrə Baş Direktor-u Elnur Xəlilzadə bildirib.

Şirkət haqqında

iIT Distribution (iITD) — kibertəhlükəsizlik və İT infrastrukturu üzrə regional VAD (əlavə dəyərli distribyutor) distribyutor, Şirkət Mərkəzi və Şərq Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərir. iITD channel-first prinsipi ilə hər bir ölkədə yerli komandalar formalaşdırır və tərəfdaşları birbaşa dəstəkləyir.

Şirkət çevikliyi, sürətli qərarvermə mexanizmləri və hər bir məhsul üzrə güclü texniki ekspertizası ilə seçilir. iITD vendorlarla və inteqratorlarla sıx əməkdaşlıq edir, həlləri yerli tələblərə uyğunlaşdırır və bazarın inkişafına aktiv şəkildə investisiya yatırır.

Bu gün iIT Distribution tərəfdaşların müasir texnologiyaların tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində fəaliyyətini bütün region üzrə dəstəkləyir.

Daha ətraflı məlumat üçün: www.iitd.az

iIT Distribution iITD iIT Distribution Azərbaycan kibertəhlükəsizlik distribyutoru İT infrastrukturu həlləri VAD distribyutor əlavə dəyərli distribyutor kibertəhlükəsizlik həlləri Azərbaycan İT təhlükəsizliyi informasiya təhlükəsizliyi channel-first distribusiya regional İT distribyutor kibertəhlükəsizlik ekosistemi İT inteqratorlar texnoloji həllər korporativ kibertəhlükəsizlik dövlət sektoru kibertəhlükəsizlik beynəlxalq kibertəhlükəsizlik vendorları CrowdStrike distribyutor Vectra AI Cribl Censys Black Duck GTB Technologies Ping Identity Labyrinth kibertəhlükəsizlik layihələri texniki konsultasiya İT təlimləri İT tərəfdaş proqramları Azərbaycan İT bazarı Qafqaz kibertəhlükəsizlik bazarı Mərkəzi Asiya İT həlləri Mərkəzi və Şərqi Avropa İT distribusiyası iIT Distribution ofisi Azərbaycan Elnur Xəlilzadə Country Manager Azərbaycan yerli İT ofisi kibertəhlükəsizlik texnologiyaları İT sistemlərinin idarə olunması
26.12.2025 07:45

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18