“Turanbank”da vəziyyət necədir?
"Turanbank"ın əməliyyat mənfəəti 2 dəfə artıb.“Turanbank” ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 1 milyon 216 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 11 dəfəyə yaxın artıb.
CƏMİ GƏLİRƏRİ ARTIB, CƏMİ XƏRCLƏRİ AZALIB
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 181 min manat və ya 12,6% artaraq 28 milyon 431 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 104 min manat azalaraq 21 milyon 555 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
Cəmi gəlirlərin artması ilə paralel cəmi xərclərin azalması "Turanbank"ın əməliyyat mənfəətinin 3 milyon 285 min manat artmasını təmin edib. "Turanbank"ın əməliyyat mənfəəti 2024-cü ilin 1-ci rübündə 3 milyon 591 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 6 milyon 876 min manat təşkil edib. İlk rübdə Bank əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (ötən ilin ilk rübündə 3 milyon 479 min manat ayırmışdı).
2025-ci ilin 1-ci rübündə "Turanbank"ın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
Ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Turanbank"ın cəmi aktivləri 25 milyon 642 min manat və ya 3% artaraq 31 mart 2025-ci il tarixində 875 milyon 469 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 115 min manat və ya 2,3% artaraq 666 milyon 946 min manata çatıb. "Turanbank"ın istehlak kreditləri portfeli 11 milyon 822 min manat artaraq 168 milyon 127 min manata, biznes kreditləri portfeli 207 min manat artaraq 366 milyon 271 min manata, ipoteka kreditləri portfeli 3 milyon 87 min manat artaraq 132 milyon 549 min manata yüksəlib.
"Turanbank"da fiziki şəxslərin depozitləri 1 milyon 702 min manat artaraq 368 milyon 555 min manata yüksəlib.
31 mart 2025-ci il tarixində "Turanbank" 120 milyon 178 min manat məcmu kapitala malik olub. Bu, Mərkəzi Bankın minimal məcmu kapital tələbi məbləğindən (50 milyon manat) 2,4 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər












.jpg)






