Azərbaycan və “ACWA Power” dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib
“ACWA Power” şirkəti ilə potensial birgə təşəbbüslər müzakirə edilib“ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi, təcrübə mübadiləsi və birgə təşəbbüslər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.
Görüşdə “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin ölkənin enerji resurslarının diversifikasiyasına və ekoloji dayanıqlılığının artırılmasına xidmət etdiyi qeyd edilib. Təcrübə mübadiləsinin və şirkətin innovativ yanaşmalarının enerji sahəsində daha effektiv, təmiz və iqtisadi baxımdan sərfəli həllərin tətbiqinə imkan yaratdığı qeyd olunub.
Şirkət tərəfindən enerjidən səmərəli istifadəni artırmaq, su resurslarından rasional istifadəni təmin etmək istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Qeyd: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.
XXX
Azərbaycan Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə ölkədə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, “ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olub: “Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.
"ACWA Power" (@acwapower_en) şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olduq. Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı #enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə… pic.twitter.com/WO1Z9sKHj9
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 4, 2025
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























