Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd dövlət rüsumu ödənilməklə veriləcək
Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi", eləcə də "Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə" dövlət rüsumları ödənilməklə veriləcək.
Bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.
Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, "Heyətin tərkibi haqqında Şəhadətnamə"nin əvəzinə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", "Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamə"nin əvəzinə "Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” haqqında Şəhadətnamə", "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə"nin əvəzinə "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə", "Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı"nın əvəzinə "Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi" olacaq.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























