2019-cu ildən bəri ilk dəfə Apple-ın satışlarında azalma baş verib
Ötən ilin oktyabr-dekabr dövründə ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple gəlirləri proqnozlardan aşağı olub. Şirkətin maliyyə hesabatlarına görə, 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin birinci rübündə Apple-ın xalis mənfəəti illik müqayisədə 13,4% azalaraq 29 milyard 998 milyon dollar olub. Birinci rübdə iPhone satışları 8,1% azalaraq 65 milyard 775 milyon dollar təşkil edib. Mac gəlirləri illik müqayisədə 29% azalaraq 7 milyard 735 milyon dollara düşüb. Hesabat dövründə iPad satışları isə təxminən 30% artaraq 9 milyard 396 milyon dollar təşkil edib.
Apple şirkəti 2022-nin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Apple-dan verilən açıqlamaya görə, balansında keçən ilin oktyabr-dekabr dövrünü birinci rüb kimi qəbul edən şirkətin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 117,2 milyard dollara düşüb. Şirkət 2021-ci ilin eyni dövründə 123,9 milyard dollar gəlir əldə etmişdi.
Beləliklə, Apple 2019-cu ildən bəri ilk dəfə satışlarında illik müqayisədə azalma yaşayıb. Şirkətin eyni dövrdəki gəlirləri də 121,1 milyard dollar olan bazar proqnozundan aşağı olub.
Apple-ın xalis mənfəəti isə 2022-ci ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə13% azalaraq 30 milyard dollara düşüb. Şirkətin xalis mənfəəti 2021-ci ilin eyni dövründə 34,6 milyard dollar təşkil etmişdi.
Şirkəti səhm üzrə qazancı da bu dövrdə 2,10 dollardan 1,88 dollara düşüb.
iPhone və Mac satışları azalıb, iPad satışları artıb
Bu dövrdə Apple-ın smartfon və kompüter satışları azalarkən, planşet satışları artıb.
Ötən ilin oktyabr-dekabr dövründə iPhone satışlarının məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 65,8 milyard dollara düşüb.
Eyni dövrdə Mac satışları 29 faiz azalaraq 7,7 milyard dollara düşüb, iPad satışları isə 30 faiz artaraq 9,4 milyard dollara yüksəlib.
Digər tərəfdən, Apple-ın İcraçı Direktoru (CEO) Tim Cook, CNBC-yə verdiyi müsahibəsində, şirkətin maliyyə nəticələrinə güclü dolların, iPhone 14 Pro və iPhone 14 Pro Max istehsalına mənfi təsir göstərən Çindəki Covid-19 məhdudiyyətlərinin təsir etdiyini söyləyib.
Apple səhmləri ticarətin bağlanmasından sonra 3,3% ucuzlaşıb.
1976-cı ildə qurulan Apple şirkəti kompüterlər, telefonlar, planşetlər, ağıllı saatlar və proqramlar istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat sonra
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
13 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
15 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
16 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
16 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
