Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
ABŞ-ın texnologiya şirkəti Microsoft Corp., süni intellekt (AI) infrastrukturunu gücləndirmək məqsədilə Yaponiyaya 1,6 trilyon yen (təxminən 10 milyard dollar) investisiya yatıracağını açıqlayıb.
Marja Kyodo agentliyinin məlumatına istinadən xəbər verir ki, Microsoft Corp.-un İdarə Heyəti sədrinin müavini və şirkətin prezidenti Brad Smith, paytaxt Tokioda Yaponiyanın Baş Naziri Sanae Takaiçi ilə görüşüb.
Görüşdə Smith bildirib ki, şirkət süni intellekt və bulud hesablamalarla bağlı infrastrukturu gücləndirmək məqsədilə Yaponiyaya 1,6 trilyon yen investisiya yatırmaq barədə qərar qəbul edib.
Smith, 2026–2029-cu illəri əhatə edən yatırım planı çərçivəsində Yaponiyada mərkəzləşmiş SoftBank Group Corp. və internet xidmət təminatçısı Sakura Internet Inc. şirkətləri ilə əməkdaşlıq edəcəklərini qeyd edib.
“Yaponiyadakı ən böyük investisiya qərarımızı vermişik” - deyən Smith, Yaponiyanın iqtisadiyyatı üçün lazım olan dəstəyi təmin edə biləcəklərini bildirib.
Baş nazir Takaiçi də investisiya qərarını məmnuniyyətlə qarşılayıb.
Yaponiya hökuməti cari maliyyə ilində ən son texnologiyalı çip və süni intellekt inkişafını dəstəkləmək üçün təxminən 1,23 trilyon yen (7,7 milyard dollar) ayırıb. Hökumət, sənaye robotikası sahəsindəki liderliyini istifadə edərək, 2040-cı ilə qədər “fiziki süni intellekt” sahəsində qlobal bazar payının 30%-dən çoxunu əldə etməyi hədəfləyir.
Microsoft isə iş yerləri üçün hazırladığı süni intellekt aləti Copilotu əvvəllər proqram paketinin bir hissəsi kimi pulsuz təqdim edirdisə, indi bu məhsulun satışına daha çox önəm verir. Şirkət, məhsul portfelində daha problemsiz AI xidməti təqdim etmək məqsədilə, fərdi və korporativ müştərilər üçün ayrılmış Copilot komandalarını birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























